2022-06-04 10:55:53 | QHT VƏ MEDİA
ABŞ Dövlət Departamenti: Qarabağ müharibəsindən sonra Ermənistanda antisemitizm artıb

Azərbaycanın 2020-ci ilin payızında Qarabağ müharibəsində İsrail silahlarından istifadə etməsindən sonra Ermənistanda antisemitizm, o cümlədən ictimaiyyətin bəzi nümayəndələri tərəfindən edilən nifrət çıxışları və törədilən vandalizm aktları artıb.

Fact-info.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2021-ci il üzrə Beynəlxalq Din Azadlığı Hesabatında bildirilib.

Qeyd olunub ki, bunu Ermənistandakı yəhudi icmasının bəzi üzvləri və vətəndaş cəmiyyəti təmsilçiləri təsdiqləyiblər.

Vurğulanıb ki, iyun ayında Ermənistanda parlament seçkiləri zamanı müxalifət nümayəndəsi “Yehovanın şahidləri” təşkilatını və “Word of Life” kilsəsini tənqid edərək, onları “sekta” adlandırıb. Halbuki həmin dini qruplar özlərini heç vaxt “sekta” adlandırmayıb və ümumiyyətlə, bu termin adətən mənfi mənalarda işlədilir.

Hesabatda, eyni zamanda, bildirilib ki, fevralın 12-də Holokost və Soyqırımı memorialı 2020-ci ildə baş vermiş müharibədən sonra üçüncü dəfə vandalizmə məruz qalıb. Dini azlıqların nümayəndələri vurğulayıblar ki, ailədaxili və cəmiyyətdaxili təzyiqlər etnik ermənilərin erməni apostol inancından başqa dinə etiqad etmələri üçün əsas maneə olaraq qalır.

Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında isə qeyd olunub ki, minalar səbəbindən azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə bir çox məscid və dini ibadət yerlərini hələ də ziyarət edə bilmirlər.

Baxış sayı : 184
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib