CƏMİYYƏT
A- A A+

“Avropa Demokratiya və İnsan Haqları” Fondunun Bəyanatı

2016-04-05 15:15:28

Qarabağda təmas xəttində baş verən gərgin silahlı toqquşmalarla bağlı

“Avropa Demokratiya və İnsan Haqları” Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbərliyi aprelin 1-2- 3-4-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında yerli sakinlərlə görüşərək vəziyyətlə yerində tanış olmuşlar.

 Son günlər Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli rayonlarında Ermənistan qoşunlarının işğalı altında olan Azərbaycan ərazilərində yerləşən təmas xəttində baş verən gərgin silahlı toqquşmalar və Ermənistan qoşunlarının, Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin geniş miqyasda pozulmasını və dinc əhalinin yaşadıqları yaşayış sahələrini iri çapli silahlardan, artilleriya və tanklardan atəşə tutması “Avropa Demokratiya və İnsan Haqları” Fondu, Dağlıq Qarabağda Ermənistan silahlı bölmələrinin atəşkəsi pozaraq gücdən istifadəni sərt şəkildə pisləyərək mülki insanlar daxil olmaqla insan itkilərinə görə təəssüflənir. Buna görə döyüş əməliyyatları gedən ərazilərdə vəziyyəti stabilləşdirmək üçün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

 Təssüflər olsun ki, 24 ildən artıqdır ki, Avropa Parlamenti keçirtdiyi iclaslarında, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi (822, 853, 874, 884) qətnamələri, Ermənistan dövləti tərəfindən qəbul edilməməsindən, Ermənistandan deportasiya edilmiş, Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından, və hər gün erməni tərəfinin atəşkahı pozaraq atdıqları atəşlərdən dünyasını dəyişən dinc sakinlərin və əsgərlərin həlak olmalarından bircə dəfə də olsun danışmayıb və Qarabağda fəaliyyət göstərən erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qalmış insanların hüquqları bu vaxta kimi təmin olunmamışdır.

 “Avropa Demokratiya və İnsan Haqları” Fondu, Avropa Parlamentinin və ATƏT-in Minsk qrupunun nəzərə çatdıraraq bildirir ki, 24 ildən artıqdır ki, Ermənistan dövləti beynəlxalq insan hüquqları normalarına məhəl qoymayaraq insani hərəkətlərə sığmayan vəhşiliyə və vandalizimə hələdə BMT-Təhlükəsizlik Şurası, Avropa Parlamenti və ATƏT-in Minsk qrupu göz yumaraq işlərini təsirsiz bəyanatlar verməklə bitmiş hesab edirlər.  Qarabağda yaşayan ərazilərdə isə bu gündə dinc əhalı hər gün təhlükədə güllə, mərmi altında qorxu həyacanlı günlər yaşayırlar.

BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu, Qarabağın qeyri-şərtsiz erməni işğalçılarndan təxirə salınmadan azad olunmaları barədə, BMT Təhlükəsizlik Şurasının  qəbul etdiyi dörd qətnaməsinin icra olunmasını və işğalçı Ermənistan dövlətinin təcavüzü nəticəsində Qarabağdan  məcburi köçürülmüş sakinlərin döğma torpaqlarına qaytarılmalarını təmin edilməsi barəsində qətnamə hazırlayaraq, sonu gorünməyən təcəvüzə  son qoyulmasına çalışsın. Əks təqdirdə beynəlxalq aləmdə sülhün və demokratiyanın təhlükəyə məruz qalmasına şərait yaranacaq, beynəlxalq normalara, prinsiplərə, habelə inkişaf etmş iri dövlətlərin imicinə də münasibət dəyişəcək.

 BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupu, Azərbaycana qarşı ikili standartlara son qoyaraq, Ermənistan-Azərbaycan münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, Ermənistan qoşunlarının, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundan və digər ərazilərindən dərhal, qeyi-şərtsiz və tərk edərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunmalıdır.

Fact-info.az

 

           


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1410

QHT və MEDİA

2020-05-29 09:20:54

QHT və MEDİA
Azərbaycanın Britaniyadakı səfiri Avropa...
Azərbaycanın Britaniyadakı səfiri Avropa...

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə Dağlıq Qarabağın...

2020-05-28 09:55:15

QHT və MEDİA
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...
Azay Quliyev: AİHM-in qərarı erməni “təb...

AİHM-in iş üzrə qərarı Ermənistanın anti-Azərbaycan "təbliğat maşını"nın nö...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...