SOSİAL
A- A A+

Qənirə Paşayeva deputatları Silahlı Qüvvələr Fonduna yardım etməyə çağırdı

2016-04-05 13:55:42

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü çıxışında Azərbaycan Ordusunu əldə etdiyi qələbə münasibətilə təbrik edib

O qeyd edib ki, ordumuz erməni işğalçılarına layiqli cavab verir:  “Torpaqlarımızın işğaldan tam azad olunacağı və daha böyük qələbə qazanacağımız gün uzaqda deyil. Xalqımız, biz hamımız Ali Baş Komandanın və ordumuzun yanındayıq və Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, torpaqlarının işğaldan azad edilməsi üçün bütün ordusunun yanındadır".
“Şəhidlərimizin ruhu qarşısında baş əyirik” deyən Qənirə Paşayeva bir şəhid anasının ona söylədiyi fikirləri səsləndirib:
"Şəhid anası bildirdi ki, oğlum hər zaman deyərdi ki, “şəhid olsam, ağlamayın. Biz torpaqlarımızı işğaldan azad etməliyik və bunun üçün şəhid olmaq şərəfdir. Təki Vətən sağ olsun”. Belə dəyərli övladlar yetişdirən bütün şəhid ailələrimizlə qürur duyuruq”. 
Qənirə Paşayeva deputatları maaşlarının bir hissəsini Silahlı Qüvvələrinə Yardım Fonduna köçürməyi təklif edib, özü də bu addımı atacağını bildirib. Deputat hər kəsi bu təklifi dəstəkləməyə çağırıb. 
Millət vəkili Qənirə Paşayeva dünyada yaşayan və fəaliyyət göstərən diasporumuza müraciət edib və onları Ermənistanın, erməni diasporu və lobbisinin və arxasında duran güclərin Azərbaycan əleyhinə təbliğatlarına, kampaniyalarına qarşı ciddi mübarizəyə çağırıb. 
Qənirə Paşayeva dünyanın hər yerindəki Azərbaycan gəncliyini informasiya müharibəsində qələbə qazana 
bilməyimiz üçün erməni yalanlarına qarşı mübarizədə sosial şəbəkələrdə aktiv olmağa çağırıb. 


Kateqoriya : SOSİAL Baxış sayı : 729

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...