2022-05-31 09:20:33 | MƏDƏNİYYƏT
Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi beynəlxalq festivalda dəyərləndirilib

Azərbaycanda istehsal olunmuş “100 il şərəfli ömür” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi 2022 Panama Series festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 10-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə Aizanoi Qısa Film festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 4-də beynəlxalq festivalda nümayiş etdiriləcək .

Bu barədə filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Çəkdiyimiz filmlər son iki ildə beynəlxalq festivallarda 170-dən çox mükafat alıb”.

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov əlavə olaraq onu da vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, eləcə də kütləvi savadsızlığın aradan qaldırılması və ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib: “Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsi üçün lazım olacaq”.

Onu da qeyd edək ki, Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 35 Beynəlxalq Festivaldan müxtəlif mükafatlar alıb.

Baxış sayı : 258
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov