SİYASƏT
A- A A+

M.Krams: Latviyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməzdir

2016-04-05 10:40:05

Latviya Xarici İşlər Nazirliyinin İkitərəfli Münasibətlər Direksiyasının rəhbəri Margers Krams Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Gəray Muradovla görüşüb

G. Muradov Latviya XİN təmsilçisinə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan XİN-in bəyanatı, habelə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı haqqında ətraflı informasiya verib.

Azərbaycan diplomatı qoşunların təmas xəttində yaranan hərbi gərginlik barədə danışıb. O qeyd edib ki, Azərbaycanın hərbi hərəkətləri birtərəfli qaydada dayandırmaq barədə bəyanatına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə götürüb, hücum və təxribat hərəkətlərini davam etdirirlər.

G.Muradov Latviya tərəfini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Diplomat qeyd edib ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiyadır və beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşıyır. Rəsmi İrəvan Azərbaycan ərazilərinin işğalı və ilhaqına əsaslanan hazırkı status-kvo vəziyyətini saxlamaq niyyəti güdür.

Direksiya rəhbəri M.Krams diqqətə çatdırıb ki, Latviya XİN-i bəyanatla çıxış edib. Həmin bəyanatda Azərbaycana və Ermənistana hərbi əməliyyatları dayandırmaq çağırışı edilib. Biz Dağlıq Qarabağ üzrə Minsk qrupunun və barışığın bərpa edilməsi üzrə üç həmsədrin səylərini dəstəkləyirik.

M.Krams bildirib ki, Dağlıq Qarabağda ağır döyüşlər regionda sülhə və sabitliyə təhdiddir. Diplomat bir daha vurğulayıb ki, Latviyanın Dağlıq Qarabağa dair mövqeyi dəyişməzdir. M.Krams hərbi qulluqçuların həlak olmasından təəssüfünü qeyd edib, həlak olmuş hərbçilərin doğmalarına və yaxınlarına başsağlığı verib.

G.Muradov diqqətə çatdırıb ki, yaranan vəziyyətə görə, bütün məsuliyyəti təcavüzkar və işğalçı ölkə kimi Ermənistan daşıyır. Ermənistanın təcavüzkar siyasəti dünyada gedən qlobal proseslər fonunda regiondakı sabitlik üçün təhlükə törədir. G.Muradov hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətsizliyin aradan qaldırılması ilə konfliktin həll olunmasının vacibliyini qeyd edib. (AZƏRTAC)

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 900

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...