2022-05-27 09:50:37 | MƏDƏNİYYƏT
Praqada "Sarı Gəlin - Azərbaycan hekayələrinin antologiyası"nın təqdimatı olub

Praqada Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Sarı Gəlin - Azərbaycan hekayələrinin antologiyası " kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi və Çexiyanın Karlov Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Karlov Universitetinin rəhbərliyi və professor heyəti, habelə Çexiyanın görkəmli elm və mədəniyyət xadimləri, səfirliyin kollektivi və soydaşlarımız iştirak ediblər.

Kitabda XX əsrdə yaşayıb yaratmış tanınmış Azərbaycan yazıçılarının, o cümlədən Mircəlal, Anar, Elçin və başqalarının əsərlərindən ibarət 22 nümunə öz əksini tapdi.

Tədbiri giriş sözü ilə açan Karlov Universitetinin professoru İvana Bozdexova antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb, kitabın çex dilində hazırlanması prosesi ilə bağlı xatirələrini bölüşüb.

Sonra Karlov Universitetinin prorektoru Yan Kuklik çıxış edərək, hər iki ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edib. O, Azərbaycan və çex yazıçılarının əsərlərinin hər iki dilə tərcümə olunması və təbliğinin ədəbi əlaqələrimizin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Tədbirdə Səfir A.Məmmədov çıxışı edərək nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, Azərbaycan xalqının mədəniyyətinin Çex oxucularına tanıtmaq baxımından oynadığı mühüm rolundan danışıb. Səfir bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimizin əsərlərindən bəzi nümunələrin müxtəlif vaxtlarda çex dilində çap olunmasına baxmayaraq milli ədəbiyyat nümunələrimizin belə böyük həcimdə Çexiyada təqdim olunmadığını vurğulayıb və belə bir önəmli nəşrin təqdimatının keçirilməsini və Çex oxucularına tanıdılmasını məmnunluq doğuran hal kimi qiymətləndirib. O, Çex ədəbiyyatsevərlərin bu kitabdakı əsərləri oxumaqla çex xalqı ilə fərqli mədəniyyətə, fərqli həyat tərzinə malik olan, lakin eyni ümumbəşəri və humanist dəyərləri paylaşan Azərbaycan xalqını daha yaxından tanıyacaqlarına əmin olduğunu ifadə edib.

Sonra Səfir A.Məmmədov nəşrin hazırlanmasında əməyi olan hər kəsə - Karlov Universitetinin rəhbərliyinə, Karlov Universitetinin Karolinium Nəşriyyatına, Azərbaycan Respublikasının(Dövlət) Tərcümə Mərkəzinə, xüsusilə də kitabın tərcüməsini çox böyük zəhmət və peşəkarlıqla həyata keçirən Tərcümə Mərkəzinin əməkdaşı Şəbnəm Əsədovaya dərin təşəkkürünü bildirib. Səfir Azərbaycan yazıçılarının əsərlərinin Çex dilində nəşri ilə bağlı bundan sonrakı layihələrdə də Azərbaycan Səfirliyinin Karlov Universiteti ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Tədbirin bədii hissəsində antologiyada yer almış Azərbaycan yazıçılarının əsərlərindən parçalar oxunub, “Sarı Gəlin” Azərbaycan xalq mahnısı səsləndirilib.

Baxış sayı : 211
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov