2022-05-25 09:45:31 | AKTUAL
Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Fact-info.az məktubu təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından ötən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmiş və regionun lider ölkəsinə çevrilmişdir.

Ölkənizin, regionun və bütün Türk dünyasının tarixində yeni səhifə açan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həmrəyliyi, birliyi və bərabərliyi ilə parlaq Zəfərin qazanılması bir daha göstərdi ki, məqsədyönlü və ardıcıl siyasətiniz sayəsində Azərbaycan durmadan güclənir və inkişaf edir, beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerini daha da möhkəmləndirir.

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istərdim ki, Türk dövlətləri arasındakı əməkdaşlıq daha da dərinləşəcək və təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

Bu əlamətdar gün münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, tərəqqi və xoşbəxtlik diləyirəm.

Dərin hörmətlə,

Bağdad Amreyev

Türk Dövlətləri Təşkilatının Baş katibi

Baxış sayı : 172
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb