2022-05-25 09:05:08 | MÜSAHİBƏ
Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi

Belçikanın Brüssel şəhəri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə bir daha ev sahibliyi etdi. Artıq üçüncü dəfə keçirilən görüşün beş saat davam etməsi müzakirələrdə bütün məsələlərin nəzərdən keçirildiyini göstərir.

 Verilən bəyanatlardan aydın olur ki, əslində Brüssel görüşündə uğurlu nəticələr əldə olunub. İlk növbədə onu qeyd etməliyik ki, görüşdə və səslənən bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yenə işlədilmədi. Eyni zamanda, status məsələsi, ümumiyyətlə, müzakirə olunmadı, yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışıldı ki, rəsmi Bakı hər zaman onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib.

 Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputatın sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən görüşdə diqqət çəkən məqamlardan biri də humanitar məsələlərin - işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslərin taleyinin müzakirə olunmasıdır. Rəsmi Bakı Azərbaycan üçün prinsipial olan bu məsələnin həlli üçün bütün platformalarda İrəvana öz öhdəliklərini xatırladır.

“Brüsseldə yaxın zamanlarda Azərbaycan-Ermənistan sərhədində Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsinə dair də razılıq əldə olundu. Belə ki, komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Əslində, tərəflər aprel ayının 6-da baş tutan görüşdə aprelin sonunda sərhəd məsələləri ilə bağlı görüşün keçirilməsinə dair razılığa gəlmişdilər. Lakin Ermənistan etimad mühitini pozaraq, aprelin sonunda və mayın əvvəlində baş tutmalı olan mümkün görüşlərdən imtina etdi. Şarl Mişelin ilk birgə iclasın keçirilməsinə dair növbəti bəyanatı da Ermənistanın artıq təmasdan yayınmaq şansının olmadığını deməyə əsas verir”, - deyə K.Nurullayeva qeyd edib.

Deputat vurğulayıb ki, kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə də razılığa gəlinməsi sülhlə bağlı olan ümidləri artırır. Eyni zamanda, sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də razılıq var.

“Bütövlükdə, Brüssel görüşü Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə müzakirələrin irəli aparılması baxımından müsbət qiymətləndirilməlidir”, - deyə K.Nurullayeva bildirib.

Baxış sayı : 179
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb