2022-05-22 09:55:33 | AKTUAL
II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür

 Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz Şəhid olursa, bu, müqəddəs missiya  zirvəyə aparan yoldur. Şəhidlər ölməz, Vətən bölünməz! 

 İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar heç zaman unudulmayacaq.. Hər birimizin vətəndaşlıq borcudur ki, bizə qələbə sevinci yaşadan qəhrəmanlarımızı hər zaman qəlbimizdə yaşadaq.

Ramil Yusifzadə  22 may1998-ci ildə  Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkan qəsəbəsində Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur.  2019-cu ildə akademiyanın məzunu olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət yola düşmüşdür. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.

Azərbaycan Ordusunun hərbiçisi Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə  13 oktyabr2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub. Düşmənin müdafiəsini yaran zaman yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə "Vətən uğrunda" medalı ilə təltif edildi.

AzərbaycanınFüzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidentiİlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Nə qədər nisgilli olsa da Şəhidimizin anası Reyhan xanım Ramilin uşaqlıq xatirələrinə nəzər salaraq deyir: “Ramil uşaqlara xas olan dəcəllik edirdi. Lakin istedadlı uşaq idi. Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada təhsil aldığı dövrdə onun bu istedadı, yüksək öyrənmək qabiliyyəti, xüsusilə, xarici dilləri tez qavramaq xüsusiyyəti Ramildə çox yüksək idi. Onda təhsilə olan böyük maraqla bərabər, kompüter proqramlarını da tez öyrənmək bacarığı var idi. Ramillə bağlı bizim böyük arzularımız var idi.  Ancaq tale gətirdi ki, Ramil Şəhidlik zirvəsinə yüksəldi. Hər bir insana belə zirvələr qismət olmur. Onu da qeyd edim ki, oğlum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu idi. Artıq həmin təhsil ocağında Ramilin adına fəxri təqaüd təsis edilib və Akademiyanın yeni korpusunun tədris otağına onun adı  verilib”.


Fact-info.az

Baxış sayı : 543
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55 Moskvada üçtərəfli görüş başa çatıb 2023-05-26 07:00:39 VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb 2023-05-25 21:20:21 XİN başçısının müavini İsrail rəsmilərini Ermənistanın təcavüzü ilə bağlı məlumatlandırıb 2023-05-25 21:05:15 Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər 2023-05-25 21:00:33