
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Türkiyə Cümhuriyyəti İç İşleri Bakanlığı (Daxili İşlər Nazirliyi) Sivil Toplumla İlişgiler Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə keçirilən Əməkdaşlıq Forumunda öncə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru xanım Aygün Əliyeva Forum iştirakçılarını və qonaqları salamladı. O, yeni yaradılan Agentliyin əməkdaşlarının 3-cü sektorda müsbət dəyişikliklər etmələri üçün müəyyən addımlar atdıqlarını qeyd etdi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Türkiyə Cümhuriyyəti İç İşleri Bakanlığı (Daxili İşlər Nazirliyi) Sivil Toplumla İlişgiler Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə keçirilən Əməkdaşlıq Forumunda öncə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru xanım Aygün Əliyeva Forum iştirakçılarını və qonaqları salamladı. O, yeni yaradılan Agentliyin əməkdaşlarının 3-cü sektorda müsbət dəyişikliklər etmələri üçün müəyyən addımlar atdıqlarını qeyd etdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Dövlət Başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan və 44 gün davam edən savaşın tarixi zəfərlə başa çatmasında qardaş Türkiyənin və dost ölkələrin dəstəyini xüsusi qeyd etdi. Vüsal müəllim, 2022-ci ilin yanvar ayında Türkiyəyə səfər zamanı işgüzar görüşlərin təşkil edilməsində zəhməti olan hər bir şəxsə təşəkkürünü bildirdi.
Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin məsul əməkdaşı Ahmet Türköz, Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, AR Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, AR Milli Məclisinin deputatı, “Atatürk Mərkəzi”nin müdiri Nizami Cəfərov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, AR Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov, “Qarabağ” Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Türk dünyası ilə əlaqələrin daha da genişlənməsi, belə tədbirlərin Türkdilli dövlətlərin Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə təşkil edilməsinin zəruriliyini qeyd etdilər.
Nahar fasiləsindən sonra Forum öz işini paneldə davam etdirdi. AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Toğrul Məmmədlinin moderatorluğu ilə keçirilən müzakirələrdə Türkiyədə fəaliyyət göstərən bəzi QHT (Dərnək) rəhbərləri öz iş təcrübələrindən danışdılar. Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfinin(SETA) rəhbəri Mustafa Caner, T.C. Qadın və Demokratiya Dərnəyinin(KADEM Təşkilatı) İdarə Heyəti rəhbərinin müavini xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri xanım Aygün Attar, T.C. Yeşilay Cəmiyyətinin İcraçı direktoru Muhammet Nurullah Atalan həyata keçirdikləri layihələr barəsində məlumat verdi. Azərbaycandan olan bəzi QHT rəhbərləri çıxış edərək müzakirə edilən məsələlərlə əlaqədar öz təkliflərini səsləndirdilər. Sonda hər 2 dövlətin QHT-ləri adından müraciət qəbul edildi.
Türkanə Səfərova,
Şamilə Şamilqızı.