2022-05-16 09:35:38 | AKTUAL
Rusiya -Ukrayna müharibəsi, dünyanın yeni siyasi-iqtisadi arxitekturası

Rusiya Ukrayna müharibəsi dünyanın və regionun siyasi arxitekturasını dəyişdirməkdədir. Sürətlə dəyişən iqtisadi-siyasi proseslərin yaratdığı reallıqlar türk dövlətləri arasında bütün sferalarda əməkdaşlığın nə dərəcədə  zəruri olduğunu ortalığa qoyub.

Müharibənin və iqtisadi sanksiyaların təsirindən çökən Rusiyadan kənar keçəcək Qərblə Şərq arasında yeni xəttlərin açılması zərurətə çevrilib. Yeni nəhəng bir marşrutun Türkiyə, Azərbaycan və Xəzər dənizi vasitəsilə Qazaxıstandan keçməsi əhəmiyyətli variantdır. Bu istiqamətdə danışıqların və real addımların atılmasının şahidi oluruq. Belə stateji əməkdaşlığın dərinləşməsi yalnız  Azərbaycan, Türkiyə və Qazaxıstan üçün deyil, ümumilikdə, şər imperiyasının təsir dairəsindən qurtulan Mərkəzi Asiyadakı digər türkdilli dövlətlər üçün də faydalı olacaq.

Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasında olur. Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.

İşğaldan azad olunmuş Füzuli  Hava Limanın açılışında  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı, ötən həftə qardaş Türkiyədə istismara verilən yeni Rize-Artvin Hava Limanının açılışındaAzərbaycan Prezidenti İlham Əliyevin iştirakı və bu görüşlər zamanı iki ölkə liderlərinin çıxışları yeni əməkdaşlıq modellərini özündə ehtiva edir.

Yeni dönəmdə formalaşacaq bu əməkdaşlıq yalnız türk dövlətləri üçün deyil, ümumilikdə Şərqlə Qərb arasında çox sərfəli kommunikasiya xətti olacaq. Belə nəhəng layihələr dünyanın və regionun yeni siyasi-iqtisadi arxitekturasının yaradacağı reallıqlardır. Təbii ki, bü işlərin gerçəkləşməsi  zamanı ciddi risklərin, təhdidlərin ortalığa çıxması, hətta müxtəlif təhlükəli məqamların baş qaldırması gözləniləndir.

Əkrəm Bəydəmirli








Baxış sayı : 303
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov