QHT və MEDİA
A- A A+

ORDUMUZUN YANINDAYIQ

2016-04-02 22:35:42

HƏRBIYÖNÜMLÜ TƏŞKILAT RƏHBƏRLƏRI CƏBHƏDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI TOPLAŞDILAR

Cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycanın hərbiyönümlü təşkilatları bir araya gəliblər. Baş verənləri müzakirə edən təşkilat rəhbərləri birgə açıqlama yayıblar. Açıqlamada deyilir:
“Xəbər verildiyi kimi, aprelin 2-nə keçən gecə Qarabağda erməni separatçıları tərəfindən növbəti dəfə atəşkəs rejimi pozulub. Dinc əhalimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki əhali arasında itkilər olub. Dəfələrlə olduğu kimi, son zamanlarda da baş verənlərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu konkret iş görmədi. Bu səbəbdən də azğınlaşmış düşmənin qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb. Düşmən ağır itkilər verərək əvvəlki mövqelərindən geri çəkilib.
Biz Qarabağ döyüşçüləri, hərbiyönümlü təşkilat rəhbərləri bəyan edirik ki, baş verən hadisələrin əsas günahkarları işğalçı Ermənistan və onun havadarlardır. Dəfələrlə atəşkəsi pozan, dinc insanlarımızı atəşə tutaraq qətlə yetirən ermənilər bir gün cavablarını almalıydılar. Və aldılar! Biz hər zaman olduğu kimi, yenə də ordumuzun, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti və  Azərbaycan Silahli Qüvvələrinin Ali Baş Komandanı cənab  İlham Əliyevin yanındayıq! Torpaqlarımızın azad olunması yolunda hər bir əmrə hazırıq. Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!  Ən azı Xankəndində görüşənədək! ”
Toplantıda “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Azərbaycan 20 yanvar”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Qarabağ qaziləri”, “Əfqanıstan Veteranları İttifaqı”, “Azərbaycan Beynəlmiləlçi Döyüşçülər Fondu”, “Azərbaycan Çernobıl Əlillər”, “Ehtiyatda Olan Zabitlər Konfederasiyası”, “Tərxis olunmuş Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi”, “Azərbaycanda Minadan Zərəçəkənlərin Assosiasiyası” birliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1205

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...