2022-05-11 10:00:52 | AKTUAL
V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək

Bu il mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ bölgələrində keçirilən beynəlxalq musiqi festivalı 30 illik fasilədən sonra 2021-ci il mayın 12-13-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən təşkil edilib.

1989-cu ildə baş tutan I festival Seyid Şuşinskinin 100 illik yubileyinə həsr olunub. Festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan SSR, Qazax SSR, Başqırd MSSR, Litva SSR və Belarus SSR-dən musiqi kollektivləri də təmsil olunub. Ümumilikdə festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü meydanında tikilmiş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.

1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Buraya Hollandiya, Almaniya, İsrail, Türkiyə kimi xarici ölkələrdən folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb olub.

Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdam ərazisində təşkil olunmağa başlayıb, eləcə də Bərdə və Ağcabədidə də bəzi konsertlər baş tutub. Ümumilikdə festivalda dünyanın müxtəlif ölkələrindən 170-ə yaxın insan iştirak edib.

3-cü festival 1991-ci ildə keçirilib. Bu tədbirdə 25 ölkədən 300-ə yaxın insan iştirak edib. Əvvəlki illərin iştirakçı ölkələri sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə olunub. Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda da konsertlər baş tutub.

II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış ediblər.

Baxış sayı : 558
Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55 Moskvada üçtərəfli görüş başa çatıb 2023-05-26 07:00:39 VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb 2023-05-25 21:20:21 XİN başçısının müavini İsrail rəsmilərini Ermənistanın təcavüzü ilə bağlı məlumatlandırıb 2023-05-25 21:05:15 Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2023” təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər 2023-05-25 21:00:33