2022-05-10 20:05:53 | QHT VƏ MEDİA
QHT Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümü ilə bağlı tədbir keçirilib.

Fact-info.az xəbər verir ki, keçirilən tədbirdə Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri, QHT sədrləri və Agentliyin əməkdaşları iştirak ediblər. 

   Əvvəlcə tədbirdə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra Heydər Əliyev haqqında qısa metrajlı filmin nümayişi edilib. 


Daha sonra tədbiri açıq elan edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, illər bir-birini əvəz etdikcə Ümummilli Liderin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutub.


 Tədbirdə çıxış edən Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O cümlədən, natiq Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən ulu öndər Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıb.


    Daha sonra çıxış edən digər natiqlər Müşahidə Şurasının üzvləri Azər  Allahverənov, İlqar Orucov, Qht sədrləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev,  Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" ictimai birliyinin sədri Müşviq Ələsgərli, "Azərbaycan Milli Kulinariya Assosiasiyası" ictimai birliyinin sədri Tahir Əmiraslanov, Qayıdış və Dirçəliş Naminə  Gənclər Təşkilatının sədri Vüqar Qədirov , "Azadlıq Hərakatçıları" ictimai birliyinin sədri Təhmasib Novruzov, "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri  Ramil İskəndərli və digərləri Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər

Baxış sayı : 151
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub