2022-03-10 22:45:01 | CƏMİYYƏT
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i 25 nömrəli tam orta məktəbdə maarifləndiormə tədbiri keçirib

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində 25 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, “Gənclərin Töhfəsi” İB-nin sədri və Gİ Nazirliyi yanında İctimai Şuranın üzvü Asim Vəliyev, Azərbaycan Autizm Assosiasiyasının rəhbəri və Gİ Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Məmmədli, "Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva,  məktəbin valideyn Komitəsinin sədri Elnarə Məmmədova, YAP-ın nümayəndəsi Ülvi Abbasov, məktəbin psixoloqu İradə Rzayeva, məktəbin kitabxana müdiri Raifə Niftəliyeva və məktəblilər iştirak edib. 

Layihə rəhbəri, eyni zamanda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və  XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib. 

Daha sonra “Gənclərin Töhfəsi” İB-nin sədri və Gİ Nazirliyi yanında İctimai Şuranın üzvü Asim Vəliyev çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbir gedişatında dəvət olunmuş qonaqlar çıxış edərək sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsini, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunmasının vacibliyini vurğulayıblar. 

Tədbirin sonunda şagirdlərə məlumatlandırma bukleti və maarifləndirici kitabçalar paylanılıb. 


Baxış sayı : 369
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05