2022-05-09 16:50:27 | AKTUAL
Ümummilli lider Heydər Əliyev ideyaları: Yaddaş kitabçamız

Müasir Azərbaycan dövləti və onun inkişaf konsepsiyasının memarı olan ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü Azərbaycanın bütün şəhərlərində, rayonlarında, ən ucqar nöqtələrində böyük coşqu ilə qeyd edilir. Məhz bu coşqu, bu hörmət və bu sevgi Azərbaycan xalqının öz xilaskarına, ümummilli və ümumbəşəri liderinə verdiyi tam əsaslı dəyərdir.

Çünki Azərbaycan xalqının bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu bütöv dövrün məzmununda yer alan ən başlıca məfhum isə Vətənə, xalqa sonsuz sevgi, torpağa sədaqətdir. Məhz bu amillərə görə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində dərindən məskən salmışdır.

Fact-info.az xəbər verir ki, bu fikirlər politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq bildirib ki, sülhün və əmin-amanlığın təmin edilməsində siyasi liderlərin oynadığı mühüm rol qədər onların keçdiyi ömür yolu və bu ömür yolunda buraxdığı izlər də mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin bütün zamanlarda və məkanlarda Azərbaycan xalqının milli maraqları naminə atdığı addımlar, keçdiyi keşməkeşli, təzyiqlərlə dolu həyat yolu bizə tam haqlı olaraq onu deməyə əsas verir ki, Heydər Əliyevin ömür yolu yalnız bir şəxsin deyil, bütün Azərbaycan xalqının taleyidir. Heydər Əliyevin adı Azərbaycan tarixində olduğu qədər Azərbaycan xalqının qəlbində də ancaq müsbət məfhumlarla assosiasiya olunur. Belə ki, intibah, qurtuluş, dirçəliş, tərəqqi kimi bütün müsbət məfhumlar məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ş.Həsənova qeyd edib ki, siyasi Liderin qoyub getdiyi konsepsiyanın, idarəçilik institutunun və ideyalarının canlılığı həm də və ən çox özündən sonra dediklərinə inanan və ona uyğun hərəkət edən ardıcılları-insanların, toplumun olması ilə qiymətləndirilir. Mövcud dünyanın təcrübi faktuallığını əsas götürsək, məhz ümummilli lider Heydər Əliyevin vaxtında daxili və xarici siyasətimizin hansı meyarlar üzrə qurulmasını Azərbaycan xalqına düzgün müəyyənləşdirərək həvalə etməsi bizi bu gün qələbəyə çatdıran ən önəmli məşəl olmuşdur. Heç şübhəsiz, bu məşəlin sönməz alovla ən yüksək zirvədə tutulması Azərbaycan xalqının qarşısında verdiyi hər sözə əməl edən Prezident İlham Əliyevin adı ilə bağlı olduğu qədər, dövlət başçımızın Heydər Əliyev ideallarını böyük məsuliyyət və peşəkarlıqla davam etdirməsi nəticəsində olmuşdur.

Heydər Əliyevin həyatı və fəaliyyəti xalqın mənafeyi ilə sarsılmaz şəkildə bağlı idi. 1990-cı ilin qanlı 20 yanvar hadisələrini törətdiklərinə görə Sovet rəhbərliyini kəskin və qəti şəkildə tənqid etməyi yalnız və məhz ulu öndərimiz bacarmışdı. Qardaş qırğınına, vətəndaş müharibəsinə, qan tökülməsinə qarşı çıxan bu dahi şəxsiyyət məhz bu haqlı səbəblərdən də Uludur, Öndərdir, Ümum milli liderdir! Məhz bu qorxmaz addımlarına görə Azərbaycan xalqı siyasi rəhbərlikdə məhz onu görmək istəmiş, müdrik seçim etməklə taleyini və aqibətini ona həvalə edərək təkidli tələblə onu hakimiyyətə gətirmişdir. Heydər Əliyev Azərbaycanın kompleks inkişafı proqramını hazırlayıb icra etməklə kifayətlənməmiş, gələcək nəsillərin də məhz həmin uğurlu strategiya üzrə addımlamasını təmin etmişdir.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrün 1969-1982-ci, həm də 1993-2003-cü illər olmaqla hər iki mərhələsi zaman və tarixi şərtlər, geosiyasi və qlobal siyasi proseslər baxımından fərqli olsa da verilən qərarlar, atılan addımlar, ən əsası isə müsbət nəticələr, böyük uğurlar və əldə edilən yüksək nailiyyətlər baxımından eynidir. Ümummilli lider Heydər Əliyev təhsilə, kənd təsərrüfatına, mədəniyyət sahəsinə böyük qayğı ilə yanaşmışdır. Ulu Öndərin necə bir nəcib qəlbə, geniş ürəyə sahib olduğu, onun təbiətə olan vurğunluğu “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir.” sözlərində düşünürəm ki, ən sadə, saf formada özünü büruzə verir.

Azərbaycançılıq məfkurəsinin məhz mənəvi-ideoloji boşluğun hökm sürdüyü bir vaxtda irəli sürülməsi Azərbaycanı məhv olmağın astanasından xilas etdiyi kimi, bizi bir yumruq kimi birləşdirdi. Ötən illər isə bu fəlsəfənin alternativsizliyini sübut etdi. Belə ki, məhz azərbaycançılıq məfkurəsi əsasında formalaşan həmin o yumruq illər ərzində Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilərək düşmənə elə bir tarixi dərs verdi ki, bütün gələcək nəsillərin də inkişaf konsepsiyasının təməli yenidən qoyuldu.

“Bu bir reallıqdır ki, güclü xarakterə malik dahi şəxsiyyətlər tarixdə sadəcə ucalmaqla yox, həm də başqa insanları ucaltmaqla iz qoyurlar. Bir digər reallıq da odur ki, Azərbaycan xalqı bəşər tarixinə elm, mədəniyyət, təhsil, ümumiyyətlə yerli və beynəlxalq səviyyədə Azərbaycanı dünyada layiqli şəkildə tanıdan, təmsil edən, ictimai-siyasi həyatda fəal dövlət xadimləri bəxş etmişdir. Azərbaycanın adının dünya dövlətlərinin adı, imzasının imzalar arasında tanınmasını həyata keçirən ümummilli lider Heydər Əliyev xalqımıza, dövlətimizə töhfələr vermiş şəxsiyyətlərin xidmətlərini, tarixdə rolunu göstərmək, onların adını əbədiləşdirmək, bütün xalqa və gələcək nəsillərə tanıtmaq üçün əməli addımlar atmışdır. Azərbaycanın görkəmli şəxsiyyətlərinin fəaliyyətinin üzə çıxarılması, adlarının əbədiləşdirilməsi, elm, mədəniyyət sahəsi işçilərinin əməyinə verilən yüksək dəyər onun şəxsi təşəbbüsü, böyük və tarixi xidməti olmaqla yanaşı insan amilinə verilən dəyərin vacibliyi, özündən sonra idarəçilik sistemində formalaşdırdığı mühüm ənənələrdən biridir. Ucalmaq qədər, ucaltmaq-bu, Heydər Əliyevin simasında ən nəcib və yüksək keyfiyyətlərə malik olan insanlara xas əlamətdir. Məhz bu haqlı səbəblərdən Heydər Əliyev bütün dünyada tanınan, rəğbət edilən ən böyük azərbaycanlı, dünya səviyyəli siyasətçidir”, - deyə politoloq qeyd edib.

O, həmçinin bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın, sadəcə, regionun deyil, dünyanın güclü aktoruna çevrilməsi, regionla bağlı atılacaq addımlarda məhz ölkəmizlə hesablaşılmalı olduğu reallığı Heydər Əliyevin dahiliyini zaman ötdükcə bir daha sübut edir. Ulu öndər Heydər Əliyevin dahiliyini zamanında dərk etməyi bacarmayan insanlar zaman keçdikcə bunu dərk etməyə və etiraf etməyə məcbur qaldılar. Düşünürəm ki, bu bir siyasi liderin bənzərsizliyinin, əvəzsizliyinin isbata ehtiyacı olmayan aksiomdur ki, Heydər Əliyevin zamanında üzləşdiyi təqiblərə, təhdidlərə və həyati risklərə baxmayaraq o doğru bildiklərindən dönmədi və bütün addımlarında haqlı çıxdı. Heydər Əliyevin əsasını qoyduğu, bu gün də Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, yüksək peşəkarlıqla yürüdülən siyasi xətt Azərbaycanın strateji inkişaf xəttinin ömrünün çox uzaq gələcəyə hesablandığından xəbər verir. Bu gün Azərbaycan dövləti heç zaman olmadığı qədər güclüdür, xalqımız isə layiq olduğu və məhz sahib olduğu ən ümdə xüsusiyyətlər kimi ləyaqətli və mətindir. Heydər Əliyev unudulmazdır, ümummilli liderdir, ulu öndərdir. Məhz onun böyüklüyünü, ideyalarının sadəcə indiki deyil, gələcək nəsillər üçün də düzgünlüyünün sarsılmazlığını dövlətin və cəmiyyətin bütün sahələrində əyani şəkildə görürük.

Politoloq deyib ki, layiqli lider seçimi müasir demokratik dövlətin siyasi həyatının ən mühüm tərkib hissəsidir. Buna görə də şəxsi keyfiyyətlər liderin siyasi potensialının əsasını təşkil edir. Müxtəlif psixoanalitik və bioqrafik tədqiqatlarda siyasi liderlərin təsirini onların şəxsi keyfiyyətlərinin xüsusiyyətləri ilə müxtəlif hadisələrlə əlaqələndirməyə cəhdlər edilmişdir. Ona görə də siyasi liderə şəxsi amillərin təsirinin öyrənilməsi müəyyən bir şəxsin siyasi imkanlarını və hərəkətlərini düzgün qiymətləndirmək üçün zəruridir. Liderin siyasi proseslərə təsir imkanlarını müəyyən etmək üçün siyasət elmi şəxsiyyətin rolunu başa düşməli, həmçinin şəxsiyyətin komponentlərini liderin təsiri ilə əlaqələndirmək üçün ətraflı sistem təhlili aparılmalıdır. Rəhbərlərin seçilməsində sosial mənşə, peşə fəaliyyət sahələri, təhsil səviyyəsi, ideoloji üstünlüklər qədər şəxsi keyfiyyətlərin rolunu qiymətləndirmək üçün onların tərcümeyi-hallarının təhlilinə cəhd edilmişdir və əksər hallarda bu tədqiqatların diqqəti psixolojidən daha çox sosioloji olsa da fərdilik tədqiqatlarının öyrənilməsi daha üstünlük təşkil etmişdir. Təhdid və təzyiqlərə sinə gərən, qlobal güclərin öz siyasi və iqtisadi maraqlarını tam təmin etməyə çalışdığı bir məqamda yenicə müstəqillik əldə etmiş bir dövlətin nəinki müstəqil şəkildə ayaq üstünə yenidən qalxması, bununla yanaşı öz milli maraqlarını təmin etməyə çalışması heç də asan məsələ deyildi. Məhz bu müşkül vəziyyətin içində mövcud olan və baş verəcək bütün təlatümlərin qarşısını almaq, imzamızı imzalar içinə salmağı ulu öndər Heydər Əliyev qədər güclü xarakterə, yüksək şəxsi keyfiyyətlərə malik bir insan bacarmışdır.

Bir siyasi liderin qərarlarının arxasında hansı məqsədlərin durduğunu zaman üzə çıxardır. 44 günlük Vətən müharibəsinin hər anında əldə etdiyimiz qələbə məhz ümummilli lider Heydər Əliyevin siyasi konsepsiyasının güclü əsaslarından doğurdu.

“Heydər Əliyev tarixin müəyyən keşməkeşli dövrlərində ciddi təqiblərə məruz qalsa da məhz xalq sevgisi, ümummilli maraqları bütün amillərin fövqündə tutması, xalqın tərəqqisi yolunda sarsılmaz qətiyyət, polad iradə nümayiş etdirməsi onun adının anılmasını zaman çərçivəsinin xaricinə çıxarmışdır. Bu baxımdan da ümummilli lider Heydər Əliyev ideyaları dünənin, bu günün, gələcək nəsillərin, qəlbi üçrəngli bayrağımızla döyünən şəhidlərin ruhunu həmişə uca tutan hər bir azərbaycanlının yaddaş kitabçasıdır, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Baxış sayı : 259
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov