2022-05-09 09:35:03 | TƏDQİQATLAR-ANALITIKA
Milli inkişaf modelinin müəllifi

Tarixən parlaq siyasi liderlər özlərini xalqlarının həyatının ən mürəkkəb dövrlərində, ümumiyyətlə, ictimai inkişafın sınma nöqtələrində büruzə verirlər. Belə insanlar öz təşəbbüskarlığı, mütərəqqi ideyaları, iradəsi ilə xalqın, cəmiyyətin həyatında ciddi və müsbət dəyişikliklərə nail olurlar. Liderliyin əsas kriteriyalarından biri də məhz milli həmrəyliyi təminetmə bacarığından ibarətdir.

Bu fikirlər Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun “Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır” başlıqlı məqaləsində yer alıb.

Fact-info.az məqaləni təqdim edir: “Tarixə, siyasi proseslərə, parlaq şəxsiyyətlərin həyatına nəzər saldıqda, liderlik fenomeninə dair universal yanaşmanın olmadığını yəqinləşdirirsən. Müəyyən tarixi şərtlər daxilində proseslərə bu və ya digər dərəcədə təsir edə bilən, cəmiyyəti yönləndirə bilən çoxsaylı liderlər mövcud olub və olmaqdadırlar. Lakin belə liderliyin ömrü əksər hallarda həmin tarixi şərtlərin mövcudluğu dövrü qədər olur. Ona görə də liderlik növlərindən danışarkən keçici və əbədi liderlik anlayışlarını da ayrıca nəzərdən keçirmək lazımdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən proseslər həm də aydın göstərdi ki, liderin üzə çıxması və ya formalaşması üçün heç də həmişə dərin siyasi böhranın, sosial-iqtisadi fəlakət dövrünün olması şərt deyil. Düzdür, həmin dövrdə Azərbaycanda qeyd olunan vəziyyət mövcud idi. Amma Heydər Əliyev liderliyi təkcə bu fonda parlamadı. Ondan əvvəlki dövrdə də onun lider obrazı ictimai şüurda özünə möhkəm yer tutmuşdu. Ölkədə xaos, dərin sosial-iqtisadi böhran dövründə xalqın yalnız Ulu Öndərə müraciət etməsi bir daha göstərdi ki, xalq öz milli liderini yaxşı tanıyıb və əvvəldən müəyyənləşdirib. Sadəcə olaraq, həmin dövrdə Heydər Əliyevin davranışları onun ictimai təsəvvürdə olduğundan daha nəhəng, iradəli, xalqına çox bağlı olduğunu göstərdi. İllər öncə “Siyasət nəhəngi” ifadəsi mənə mücərrəd gələ bilərdi. Lakin sonrakı mərhələdə məhz Heydər Əliyevin obrazında “siyasət nəhəngi” ifadəsi ilə bağlı təsəvvürlərim tam formalaşdı. O, dünyanın çox nadir liderlərindən olmaqla, bütün tarixi dövrlər və şərtlər daxilində ölkəsinin, xalqının inkişafı üçün inkişaf konsepsiyasına malik idi.

Heydər Əliyev Azərbaycan xalqının müraciətinə böyük ehtiramla yanaşaraq, xilaskarlıq missiyasını öz üzərinə götürdü və ali siyasi hakimiyyətə qayıtdı. Bu zaman o, yalnız siyasi prosesləri idarə etməklə, dövlət idarəçiliyi funksiyasını həyata keçirməklə kifayətlənmədi. Heydər Əliyev hadisələrin gedişini köklü şəkildə dəyişdi. Bu dərin transformasiya ölkə daxilində olduğu kimi, regional müstəvidə də aydın müşahidə olundu. Bütövlükdə, regiondakı proseslər Azərbaycanın milli maraqlarına, strateji hədəflərinə uyğunlaşdırıldı. Milli inkişaf modelinin müəllifi Heydər Əliyevin uzaqvuran strategiyası Azərbaycanı ayağa qaldırdı, ilbəil gücləndirdi və söz sahibi etdi. Yalnız Heydər Əliyev kimi siyasət dahisinin ideyaları, baxışları və təcrübəsi olduqca sərt tarixi sınaq qarşısında qalan ölkənin hərtərəfli inkişafının drayveri ola bilərdi. Onun siyasi düşüncə tərzi Azərbaycan xalqını və dövlətini gələcək hədəflərinə doğru zərgər dəqiqliyi ilə yönləndirdi. Sadəcə olaraq, “Heydər Əliyev” ifadəsi heç bir xüsusi siyasi-ideoloji iş aparmadan Azərbaycan xaqının milli birliyini təmin etdi.

Başlanğıcda ən vacib platforma məhz milli birlik olmalı idi. Azərbaycan xalqı Heydər Əliyev adı ətrafında sıx birləşərək bütün maneələri aşdı, müstəqilliyini qorudu və özünü təsdiq etdi. Heydər Əliyev cəmiyyət üçün zəruri dəyişiklikləri dəqiqliklə müəyyənləşdirməyi bacaran tək şəxsiyyət idi. Tarixən nadir hallarda ölkələrin inkişafının xüsusi adı olur. Belə ölkələrdən biri də Azərbaycandır.

Azərbaycanın inkişafının adı Heydər Əliyev strategiyasıdır. Bu gün isə, bu strategiya özünü Zəfər strategiyası kimi təqdim edir. Çünki Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya baxacağımız başqa bir rakursda meydana gəldi. Biz çox aydın gördük və təsəvvürlərimizi daha da möhkəmləndirdik ki, ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası əslində ölkənin ərazi bütövlüyünün təmin olunmasına hesablanmışdı. Onun strategiyasının həyata keçirilməsi ərazi bütövlüyünün təmin olunması üçün həlledici, zəruri olan bütün şərtlərin təmin olunmasını nəzərdə tuturdu. Hakimiyyətə qayıtdıqdan sonra ilkin olaraq effektiv dövlət idarəçiliyi mexanizmlərinin müəyyənləşdirilməsi və tətbiq olunması sonrakı addımların əsasını təşkil etdi. Heydər Əliyevin özünün də əsaslandırdığı kimi, daxili sabitlik olmadan heç bir məqsədə çatmaq mümkün deyil. Azərbaycandakı xaos, gərginlik o qədər təhlükəli idi ki, həmin dövrdə siyasi eksperimentlərə yer yox idi. Yalnız hadisələrə düzgün qiymət verməklə, hədəfə yönəlik çox dəqiq addımlar atmaqla, xaosu dəf etmək, dövlət idarəetmə sistemini işə salmaq və ölkənin inkişaf elementlərini müəyyənləşdirməklə vəziyyətdən çıxmaq mümkün idi.

Bu tarixi missiyanın öhdəsindən ancaq və ancaq ümummilli lider Heydər Əliyev gələ bilərdi! O, müxtəlif xarakterli proseslərə təsir edərkən heç vaxt situativ yanaşmırdı, mütləq şəkildə onların mümkün inkişaf perspektivlərini də dəqiqliklə hesablayırdı. Bir daha vurğulamaq lazımdır ki, bunu Vətən müharibəsi tam sübut etdi. Dünya erməniliyinin Azərbaycana qarşı total hərbi, siyasi, ideoloji müharibə apardığı bir dövrdə, hakimiyyət uğrunda qeyri-sivil mübarizə də, ölkə üçün ölüm hökmünə bənzəyirdi. Heydər Əliyev olmasaydı bu, baş verərdi. Daxili siyasi sabitliyi çox qısa zamanda təmin edən Ulu Öndər hərbi qarşıdurma vəziyyətində siyasi tənəffüs götürməyin vacibliyini aydın görürdü.

1994-cü ilin may ayının 5-də Bişkek protokolunu imzalamaqla, həm xilasa, həm də gələcək inkişafa hesablanmış mühüm addım atıldı. Bişkek protokolu imzalanan zaman Azərbaycanın maraqlarına uyğun olmayan bütün məqamlar Heydər Əliyev tərəfindən çıxarıldı. Heydər Əliyevin iradəsi ilə Ermənistanın işğalçı dövlət olduğu ilk dəfə məhz Bişkek protokolunda öz ifadəsini tapdı. Belə ki, protokolda “tutulan ərazilər” ifadəsinə qarşı çıxan Heydər Əliyev onun “işğal olunmuş ərazilər” ifadəsilə əvəzlənməsinə nail oldu. Bundan sonrakı mərhələdə ölkənin milli iqtisadi sisteminin formalaşdırılması imkanı yarandı və qısa zaman kəsiyində çox təsirli addımlar atıldı. Bazar iqtisadiyyatının elementləri əsasında milli iqtisadi sistem quruldu və funksional hala gətirildi. Milli Ordu quruculuğu böyük sürətlə həyata keçirilməyə başladı.

Bütün bunlarla yanaşı, beynəlxalq informasiya məkanında münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin yerinin göstərilməsi, ümumiyyətlə, milli maraqlarımızın qorunması missiyası da ümummilli lider Heydər Əliyevin üzərində idi. Xarici səfərləri zamanı xəritə üzərində Azərbaycan sərhədlərini dünyaya tanıdırdı, Ermənistanın təcavüzkarlığı, işğalçılıq siyasəti haqqında məlumatlandırırdı. Bunun özü artıq bizim gələcək hərbi qələbəmizin siyasi elementlərinin formalaşdırılması prosesi idi. Güclü Azərbaycanı qurmağı bacaran ümummilli lider Heydər Əliyev müvafiq olaraq, onu gələcək qələbəyə siyasi, iqtisadi və hərbi cəhətdən tam hazırladı. Heydər Əliyev ideyalarından bəhrələnərək yeni reallıqlar şəraitində Azərbaycanı daha da gücləndirən Prezident İlham Əliyev 2020-ci ildə milli tariximizin ən parlaq səhifəsini yazdı və xalqımızı qürurlandırdı. Tarixi Zəfərimiz Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin müasirləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Baxış sayı : 187
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub