2022-05-05 09:40:05 | AKTUAL
ABŞ mətbuatında Ağdaban və Başlıbel qətliamlarından bəhs edən məqalələr dərc olunub

ABŞ mətbuatında Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin mülki əhalisinə qarşı erməni işğalçıları tərəfindən milli zəmində törədilmiş soyqırımı cinayətlərindən bəhs edən “Ağdaban faciəsini xatırlayaraq” və “Azərbaycan Başlıbel qətliamının 29-cu ildönümünü anır” sərlövhəli məqalələr dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən  Fact-info.az bildirilib ki, baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında nəşr olunan və siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalələrdə Ağdaban faciəsi zamanı bir gecədə 130 evin yandırıldığı, 779 dinc sakinin müxtəlif işgəncələrə məruz qoyulduğu, onlardan 67 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi, habelə erməni qaniçənlərindən xilas olmaq üçün dağlara sığınan 62 Başlıbel sakininin faciəvi sonluğu barədə ətraflı məlumat verilib.

Müəllif sözügedən faciələrdən 30 ilə yaxın müddətin keçməsinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş bu cinayətlərə beynəlxalq ictimaiyyətin indiyədək lazımi qiymət verməyərək susmasına diqqət çəkib. Qeyd edilib ki, dünya ictimaiyyəti tarixin bəşəriyyətə verdiyi dərsləri unudub və faktiki olaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlıq cinayətlərinə məhəl qoymur.

Məşhur Holokost alimi Eli Vizelin “Yaddaş olmadan mədəniyyət də yoxdur. Yaddaşsız cəmiyyət və gələcək də yoxdur. Biz tərəf tutmalıyıq. Neytrallıq zülm edənə kömək edir, qurbana isə heç vaxt kömək etmir. Sükut əzab verəni ruhlandırır, əzab çəkəni heç vaxt” sözlərinə istinad edən müəllif unutqanlığın yalnız gələcək cinayətlərə zəmin olduğunu vurğulayıb, insanları sözügedən acı reallığa etiraz etməyə, Ağdaban, Xocalı, Ağdam və Qarabağın digər ərazilərində və ona bitişik Azərbaycanın 7 rayonunda baş verənləri xatırlamağa çağırıb.

Baxış sayı : 286
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov