MÜSAHİBƏ
A- A A+

Əli Həsənov: “31 Mart azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrinin ən qanlı səhifəsidir”

2016-04-01 09:25:40

. “31 Mart elə bir tarixdir ki, Azərbaycan xalqını, milli elitasını özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, yad olunması, həmin gündə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması milli borcumuzdur, vətəndaşlıq borcumuzdur”

Bunu “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimat mərasimində Prezidentin köməkçisi Əli Həsənov bildirib. 

“Kitablarla tanış olarkən dərhal bu kitabların Azərbaycanın tarixini, xüsusən azərbaycanlılara qarşı 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən törədilmiş soyqırımı hadisəsinin öyrənilməsi üçün mühüm bir mənbə olduğu qənaətinə gəldim. Bu kitabların yazılması, nəşr olunması, xarici dillərə çevrilməsi və dünyada geniş yayılması təşəbbüsünü dəstəklədim. Çox kitabları malıyyələşdirmək olar. Amma millətin, xalqın taleyüklü məsələsi olan, dünyaya çatdırılması vacib olan belə məsələlərə həsr olunmuş kitabların maliyyələşməsi vətəndaşlıq məsuliyyəti tələb edir ki, bunu da Prezident yanında Elmin İnkişafı Fondunun rəhbərliyi nümayiş etdirib”,- PA rəsmisi deyib. 

Ə.Həsənov vurğulayıb ki, son 200 ildən artıq bir dövrdə ermənilər Azərbaycan xalqına qarşı dayanmadan soyqırımı aksiyaları həyata keçiriblər: “Azərbaycanlıları öz torpaqlarından qovmaq, bu torpaqları azərbaycanlılardan, müsəlmanlardan təmizləmək və bu torpaqlarda məskunlaşaraq özlərinə dövlər qurmaq ideyası altında onlar heç nədən çəkinməmişlər. 31 Mart isə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin ən qanlı səhifəsidir”.

 1918-ci ildə Rusiya imperiyasının dağılması və hakimiyyət uğrunda mübarizə başlaması, erməni mürtəce dairələrinin mübarizəsi fonunda bir neçə gün ərzində Azərbaycan xalqına qarşı böyük soyqırım həyata keçirilib. Bir neçə gün ərzində Bakı əhalisinin dörddə biri Şaumyan başda olmaqla silahlı erməni dəstələri tərəfindən qətlə yetirdilər. Həm də tək Bakı deyil, Bakıdan kənarda da on minlərlə soydaşımızı qətlə yetirdilər. Bir məqsədi həyata keçirmək üçün tarixdə misli görünməmiş cinayətlərə əl atılırsa, bu, erməni xalqını təmsil edən mürtəce dairələrin mahiyyətini göstərirdi. Heydər Əliyev ümumiləşmiş simvol olaraq 31 Martın azərbaycanlılara qarşı soyqırım günü kimi rəsmiləşdirdi”.

  Ə.Həsənov əhalisi türk və azərbaycanlı olduğu üçün erməni cinayətkar dəstələrinin 1 gecədə Xocalını darmadağın etdiklərini, əhalini soyqırıma məruz qoyduqlarını xatırladıb: “1905-1908-ci illərdə Azərbaycanın yüzlərlə kəndinin əhalisi qətlə yetirilib. Tariximizin öyrənilməsi istiqamətində böyük işlər görülür. Təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif şəhərlərində, Avropanın mərkəzində onlarla tədbir keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” kampaniyası nəticəsində müxtəlif ölkələr, ştatlar, şəhərlər Xocalı soyqırımını tanıyırlar”. (Azadinform)


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 827

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...