2022-04-29 07:45:06 | MƏDƏNİYYƏT
“Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomu təqdim edilib

28 aprel 2022-ci ildə Azərbaycan İstiqlal Muzeyində Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş “Əli bəy Hüseynzadənin Azərbaycan İstiqlal Muzeyində qorunan irsi” kitab-albomunun təqdimat  mərasimi keçirilib.

Tədbirdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət və media nümayəndələri iştirak edib.

Tədbirin aparıcısı, Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli bildirdi ki, kitab-albom Əli bəy Hüseynzadənin qızı Feyzavər Turanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə – Azərbaycan İstiqlal Muzeyinə hədiyyə etdiyi, şəxsi təşəbbüsü ilə atasına, qardaşına və özünə məxsus 161 ədəd maddi mədəniyyət nümunəsindən ibarət kolleksiyanı əhatə edir.

Tədbirdə  MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxış edərək bildirib ki: “Əli bəyin bu kitab-albomda bizlərə təqdim olunan şəxsi əşyalarına baxarkən biz bir daha o böyük mütəfəkkirin nə qədər kübar, alicənab və milli mənsubiyyətinə yüksək dəyər verən şəxsiyyət olduğunu görürük. İnanıram ki, MİMTA Fondunun və Azərbaycan İstiqlal Muzeyinin birgə layihəsi əsasında çap olunmuş bu nəfis kitab Əli bəyin həyat və fəaliyyətini araşdıranlar üçün faydalı bir tədqiqat materialı olacaqdır”. 

Daha sonra Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç çıxış edib. O, hər iki ölkənin ədəbi nümayəndələrini yada salıb, eyni zamanda Əli bəy Hüseynzadənin yaşadığı dövrə nəzər salıb və onun ədəbi yaradıcılığının vacibliyini vurğulayıb.

Həmçinin “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirdi ki, kitab-albom “Füyuzat” dərgisinin 15 illiyinə gözəl töhfədir: “Bu kitab-albomda XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın böyük mütəfəkkiri, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının tərəqqisində böyük xidmətləri olan Əli bəy Hüseynzadənin mirası toplanmışdır. İnanırıq ki, bu kitab xalqımız və ziyalılarımız tərəfindən rəğbətlə qarşılanacaq”.

Həmçinin tədbirdə bir çox ziyalılara çıxış edib. Əli bəy Hüseynzadənin Azərbaycan milli məfkurəsinin formalaşmasında böyük rolundan bəhs etdilər, Əli bəy irsinin tədqiqi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından kitab-albom Azərbaycan mədəniyyətinə və elminə gözəl töhfə olduğunu bildirdilər.

Afaq Rza (525.az)

 

Baxış sayı : 261
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir