CƏMİYYƏT
A- A A+

31 Mart soyqırımının əsas günahkarı

2016-03-31 12:00:13

31 Mart soyqırımına uzun illər müddətində düzgün mövqedən yanaşılmayıb

Sovetlər Birliyi dövründə bu hadisəyə yanaşmada əsas olaraq “Müsavat” və bir qədər də “Daşnaksütun” partiyası tənqid edilirdi. Soyqırımın başlıca mahiyyəti isə aşıqlanmırdı.Sovet dövrü tarixçiləri də “araşdırmalarında”  bu zərərli konsepsiyalarından əl çəkə bilmirdilər.Sovetin təsirindən hələ də yaxa qurtara bilməyən bir tarixçi isə( o hələ də Akademiyanın Tarix İnstitutunda çalışmaqdadır) bir-neçə il əvvəl keçirilən konfransda bu soyqırıma sinfi və iki partiyanın ziddiyyətlərinin acı bir sonucu kimi yanaşmışdı(Siz buna təəccüblənməyin.Qoyun qarşınıza indiki əksər tarixçi professor və akademiklərin dissertasiyalarını və mövzularına baxın.Onda çox acı bir mənzərənin şahidi olacaqsınız.Və burda Lenini,Şaumyanı,Mikoyanı sevərək,qəlbən araşdırıb əsərlər yazmış, hazırda cəmiyyətimizin çox nüfuzlu  alimlərini  görəcəksiniz).

31 Mart Soyqırımına ən düzgün qiymət Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilmişdi.Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti bu faciənin əsas səbəbkarlarını müəyyənləşdirmişdi.Təəssüflər ki, bolşeviklərin işğalı buna imkan vermədi.Bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında isə müstəsna rolu M.Ə.Rəsulzadə oynadı.1922-1923-cü illərdə İstanbulda nəşr etdiyi “Azərbaycan Cümhuriyyəti” kitabında və “Yeni qafqasiya”, “Odlu Yurd” jurnallarında 31 Mart soyqırımı haqqında Türk ictimaiyyətinə geniş bilgilər verdi.

Bu bir həqiqərdir ki, ermənilərin törətdiyi  soyqırımda onlara ciddi dəstəyi verən həm də rus bolşevikləri və onların silahlı dəstələri olub.Ermənilərə isə hələ çar Rusiyası dövründən dəstək verilib.1721-ci ildən I Pyotr erməniləri Rusiya dövləti səviyyəsində qorumağa başlamış,II Ekaterina  “ermənilərin qorunması” haqqında qərar qəbul etmiş, “Gülüstün” və “ Türkmənçay” müqavilələrindən sonra isə  ermənilərin Azərbaycan bölgələrinə köçürülməsinə başlanılıb.Yəni çar Rusiyası burada özünə ermənilərdən dayaqlar yaradıb.Və bunun müqabilində ermənilər Azərbaycan torpaqlarını işğal edərək ərazilərini genişləndiriblər.

1918-ci ildə də soyqırım Şaumyanın başçılığı ilə həyata keçirilsə də, ermənilərə mənəvi gücü verən Rusiya bolşeviklərinin lideri V.İ.Lenin idi.Yəni ermənilər Rusiyasız bir gücə və bir sərbəst hərəkətə sahib olmayan toplumdur.İndi oxuculara təqdim etdiyim sənədlər Rusiya arxivlərindəndir.Bu sənədlərdə çar Rusiyasının erməniləri dəstəklədiyi faktlarla sübut edilir.
Nəsiman Yaqublu,
Tarix elmləri doktoru


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 986

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...