TƏDQİQATLAR
A- A A+

Parisdə Dağlıq Qarabağ münaqişəsinə dair kitab nəşr olunub

2016-03-31 10:40:05

Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlı kitabının ikinci nəşri işıq üzü görüb

Kitab Fransanın məşhur “L’Harmattan” nəşriyyatının diplomatiya və strategiya kolleksiyasında nəşr edilib.

Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi real faktlar əsasında araşdırılıb. Müəllif Dağlıq Qarabağın qədim tarixini alban tarixşünaslığı və orta əsr ərəb mənbələri əsasında araşdıraraq, onun Qafqaz Albaniyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırır.

Qeyd olunur ki, Dağlıq Qarabağın yerli əhalisini Qafqaz albanları təşkil edib. Onlar uzun müddət öz kimliklərini qoruyub saxlayıblar. Dağlıq Qarabağ bütün dövrlərdə Azərbaycan dövlətlərinin tərkibində olub və Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatının ayrılmaz hissəsini təşkil edib.

 

Nəşrdə 1919-cu il avqustun 15-də Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq şərtlərini qəbul etməsi və 1921-ci il iyulun 5-də Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtariyyət statusunun verilməsi kontekstləri geniş şərh olunur. Həmçinin 1991-ci ildən sonra baş verən proseslər siyasi və hüquqi müstəvidə araşdırılır, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası xarakteri, bölgənin erməni milli azlığının separatçılıq tendensiyalarının təbiəti təhlil edilir. Müəllif, eyni zamanda, sülh prosesinə geniş yer verərək, münaqişənin tərəflərin kompromisi əsasında beynəlxalq hüququn prinsip və normalarına uyğun həll olunmasını bir zərurət kimi göstərir.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1278

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...