CƏMİYYƏT
A- A A+

Azərbaycanın İtaliyadakı səfirindən erməni səfirinin cəfəng iddialarına tutarlı cavab

2016-03-30 10:30:15

İtaliyanın “L’Opinone” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımı ilə bağlı fikirlərinin yer aldığı yazıya Ermənistanın İtaliyadakı səfiri Sargis Qazaryan cəfəng iddialar, yalan və təxribatçı fikirlərlə münasibət bildirib

 

Buna cavab olaraq həmin qəzetdə M.Əhmədzadənin məktubu dərc olunub (http://www.opinione.it/esteri/2016/03/19/redazione_esteri-19-03.aspx).

S.Qazaryanın diplomatik etikaya yad olan fəaliyyət tərzi və üslubunun onun diplomatiya sahəsində ilk vəzifə daşımasından xəbər verdiyini deyən M.Əhmədzadə vurğulayıb ki, Ermənistan səfiri ölkəsinin dünya üçün heç bir strateji və iqtisadi maraq kəsb etməməsi səbəbindən öz fəaliyyətinin böyük hissəsini Azərbaycana qarşı qarayaxma kampaniyasına sərf edir. Belə bir fəaliyyətin Ermənistanda hakimiyyəti güc yolu ilə qəsb etmiş hərbi-kriminal xuntanın təmsilçisi olan bir səfir tərəfindən aparılmasının gülünc olduğunu bildirən M.Əhmədzadə Ermənistanda insan haqlarının acınacaqlı vəziyyətindən bu ölkənin siyasətçilərinin belə xəcalət çəkdiyini deyib. Diqqətə çatdırıb ki, bu xüsusda Ermənistanın müxalifət partiyasının lideri Rafi Hovannisyanın Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə ünvanladığı məktubla tanış olmaq kifayətdir.

M.Əhmədzadə erməni səfirinə 1999-cu ildə Ermənistan parlamentində baş vermiş gülləbarana, bu ölkədə avtoritar rejimin hakimiyyəti əldə saxlaması üçün dinc sakinlərə qarşı həyata keçirdiyi qətl və repressiyalara, ötən ilin dekabrında bu rejim tərəfindən hakimiyyəti əbədiləşdirmək üçün təşkil olunmuş konstitusiya dəyişikliyi ilə bağlı saxta referenduma, siyasi aktivistlərin davamlı təqibə, təhdidə və hücumlara məruz qalmasına aydınlıq gətirməyi məsləhət görərək, sadalanan bütün faktların Ermənistanın kriminal-hərbi avtoritar rejiminin mahiyyətini göstərdiyini deyib.

Erməni səfirinin “Azərbaycanın xarici ölkə vətəndaşlarını, o cümlədən 38 italiyalını “qara siyahı”ya daxil etməkdən zövq aldığı” fikrinə münasibətdə azərbaycanlı diplomat bildirib ki, həmin şəxslərin Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxslər elan edilmələri onların Ermənistanın hərbi işğalı altında olan ərazilərimizə Azərbaycanın razılığı olmadan qeyri-qanuni səfər etmələri ilə bağlıdır. Halbuki, İtaliyadakı erməni icması Azərbaycana münasibətdə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv fikirləri olan italiyalı jurnalistlərin və ekspertlərin “qara siyahı”sını tərtib edib.

Xocalı soyqırımı haqqında erməni səfirinin cəfəng iddialarına cavab olaraq M.Əhmədzadə cari ilin martında bu qətliama dair Romada İtaliya İnsan Haqları ilə bağlı Helsinki Komitəsi və İtaliya İnsan Haqları Liqası tərəfindən təşkil olunmuş seminarda Ermənistanın məsələ ilə bağlı məsuliyyətinə dair İtaliyanın nüfuzlu tədqiqatçıları tərəfindən səsləndirilmiş sübutlara diqqət yetirməyi tövsiyə edib. “Aydındır ki, erməni səfiri Xocalı soyqırımı zamanı Ermənistan qoşunları tərəfindən törədilmiş cinayətləri ört-basdır etməyə cəhd göstərir. Çünki Xocalıdakı əməliyyatlara Ermənistanın hazırkı hökumətinin rəhbərləri başçılıq ediblər. Xocalıda körpələri qətlə yetirməsindən fəxrlə danışan bir prezidentin rəhbərlik etdiyi ölkəni təmsil edən səfirdən fərqli bir reaksiya gözləyə bilmərik”, - deyə azərbaycanlı diplomat vurğulayıb.

M.Əhmədzadə bildirib ki, erməni səfiri uzun-uzadı əsassız iddialar irəli sürməsinə baxmayaraq, Xocalıda baş verənlərin ölkəsi tərəfindən törədilmədiyini sübut edəcək arqumentlər tapmayıb və bu da Ermənistan qoşunlarının Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməsi faktını S.Qazaryanın bilavasitə qəbul etməsidir. Azərbaycan diplomatı qeyd edib ki, Xocalıda qətlə yetirilmiş 56 şəxsin cəsədinin zorakılığa və vəhşiliyə məruz qalması ermənilər tərəfindən bu hərəkətlərin yaxın məsafədən və bilərəkdən törədildiyini sübut edir. Mülki şəxslərin cəsədinin bu formada təhqir olunması Ermənistan səfirinin öz prezidentinin fikirlərinə istinadla vurğuladığı “güllə və raketlər mülki şəxslər və əsgərlər arasında fərq qoymur” fikri ilə ziddiyyət təşkil edir.

Ermənistanın sülhə nail olunmasına çalışdığına dair S.Qazaryanın fikrinə münasibətdə M.Əhmədzadə bildirib ki, əgər bu, belədirsə, nə səbəbdən Ermənistan beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması kimi dünya ictimaiyyətinin ondan tələb etdiyi ilk addımı belə atmaq istəmir. Erməni səfirinin “Azərbaycanın Dağlıq Qarabağın demokratik yolla seçilmiş hökuməti ilə danışıqlar aparmaqdan imtina etməsi” fikrinə cavab olaraq Azərbaycan diplomatı bu fikirləri vurğulayıb: “Demokratik yolla seçilmiş hökumət” əslində Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün Ermənistanın hərbi diktaturası tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qeyri-qanuni separatçı rejimdir. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində iki icma – azərbaycanlı və erməni icmaları yaşayırdı. Azərbaycanlı icma bölgədən tamamilə qovulub. Ermənistanın hərbi diktaturası azərbaycanlı icmanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasına mane olur, habelə bölgənin iki icması arasında etimadın qurulması üçün təmasların yaradılmasına imkan vermir”.

Azərbaycan diplomatı əlavə edib ki, erməni səfiri snayperlərin təmas xəttindən götürülməsi və atəşkəs rejiminin pozulması üzrə təhqiqatların aparılması üçün birgə mexanizmin hazırlanması barədə danışmaq əvəzinə, yaxşı olardı ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində nə etdiyini açıqlasın. M.Əhmədzadə diqqətə çatdırıb ki, əgər Ermənistan Azərbaycan ərazilərini işğal etməsəydi, təmas xəttində də heç bir insidentin araşdırılmasından belə söhbət getməzdi. İnsidentlər və onların monitorinqi Ermənistanın Azərbaycan ərazilərini uzun müddətdən bəri işğal etməsinin nəticəsidir.

Erməni səfirinin “Azərbaycanın başlatdığı və məğlub olduğu müharibə” fikrinə cavab olaraq M.Əhmədzadə müharibənin Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistan tərəfindən başladıldığını deyib. Bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Azərbaycan beynəlxalq səviyyədə tanınan tarixi torpaqlarında suverenliyini bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcək. “Məğlub olan tərəf Ermənistandır. Təcavüzkar siyasətin nəticəsi olaraq, Ermənistan əhalisinin 50 faizi çətin iqtisadi və sosial problemlər səbəbindən ölkəni tərk edib. Bu ölkə regionda rifah və inteqrasiyanın mənbəyi olan bütün strateji layihələrdən kənarda qalıb. Ermənistanın müstəqilliyi formal xarakter daşıyır və bu ölkənin yerinə qərarları başqaları verirlər. Ona görə də erməni səfiri kimin qalib, kimin isə məğlub tərəf olduğunu dərk etməlidir”, - deyə Azərbaycan diplomatı əlavə edib.

M.Əhmədzadə cavab yazısını bu fikirlərlə tamamlayıb: “Ermənistanda hakim rejim öz səhvlərini nə qədər tez başa düşərsə və qonşularına münasibətdə siyasətini dəyişərsə, bu ölkənin beynəlxalq birlik qarşısında imici və erməni xalqının rifahı da bir o qədər tez düzələr”. (AZƏRTAC)

 

 

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 537

QHT və MEDİA

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...