QHT və MEDİA
A- A A+

Qubada 31 mart soyqırım qurbanları anılıb

2016-03-30 10:15:17

“Nurlu Sabah” Uşaq Gənclər Təşkilatı İctimai Birliyi 31 mart soyqırımının 98-ci ildönümü münasibətilə tədbir keçirib

Əvvəlcə 31 mart soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

İctimai Birliyin sədri Ramin Xudayev çıxışında 31 mart tarixinin 1998-ci ildən Azərbaycan Respublikasında dövlət səviyyəsində “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edildiyini vurğulayıb. R. Xudayev erməni terroru və onun günahsız qurbanlarından danışıb və qeyd edib ki, XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. O qeyd edib ki, 1918-ci ilin ilk 5 ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilib, 122 kənd və 26 məscid yandırılıb.

İctimai Birliyin üzvləri Azərbaycan tarixinin qanlı yaddaşlarından, faciəli səhifələrindən biri olan mart soyqırımının təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirib, bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda “Nurlu Sabah” Uşaq Gənclər Təşkilatı İctimai Birliyinin hazırladığı mart soyqırımı həqiqətlərinin əks olunduğu videoçarx izlənilib.(qhtxeber.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 781

QHT və MEDİA

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...