2022-04-16 11:15:06 | MÜSAHİBƏ
Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar beynəlxalq hüquq normalarına uyğundur

.

Azərbaycanın beynəlxalq miqyasda nüfuzu daha da artır, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığımız güclənir. Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində ölkəmizin xarici siyasətinin uğurları diqqət mərkəzində oldu. Dövlətimizin başçısı müşavirədə çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, müşavirədə dövlətimizin başçısının diqqət yetirdiyi məsələlər sırasında postmüharibə dövrünün reallıqları, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması idi. Prezident dövlətimizin birmənalı və prinsipial mövqeyini, atılan addımları, Brüssel görüşünün nəticələrini bir daha nəzərə çatdırdı. Sülh sazişinin imzalanması məsələsinə və Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət baza prinsiplərinin mahiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. Bu da o deməkdir ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.

S.Fətəliyevanın sözlərinə görə, hazırda Cənubi Qafqaz regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını və yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar.

“Belə bir şəraitdə postmüharibə dövrünün problemləri mərhələ-mərhələ həll edilir. Ən əsası, BMT-nin nizamnaməsində əks olunmuş “sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu, onu göstərir ki, Prezident İlham Əliyev 44 günük Vətən müharibəsi dövründə olduğu kimi, müharibə sonrası mərhələdə də maksimum nəticəni hədəfləyir və uğura nail olur.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması bu vəziyyətdə aparıcı dövlətlər və beynəlxalq təşkilatlar üçün də ən aktual və vacib mövzudur. Azərbaycan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya xətlərinin bərpası ilə əlaqədar aydın yanaşma ortaya qoyur. Paralel olaraq Brüssel görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatların verilməsi irəliyə doğru mühüm addım atıldığını göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür”, - Sevinc Fətəliyeva qeyd edib.

Deputat vurğulayıb ki, Brüssel sülh gündəliyi əsasında aparılan danışıqlar məhz beynəlxalq hüquq normalarına uyğundur. Bu isə prosesin Bakının əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir. Müşavirədə Prezidentin ATƏT-in Minsk qrupu haqqında fikirləri də Minsk qrupunun artıq tarixin arxivinə getdiyinə işarə edir. Beləliklə, postmünaqişə dövrü Azərbaycanın müəyyənləşdirdiyi gündəliyə uyğun olaraq davam edir. Düşünülmüş siyasət isə dövlətimizin öz hədəflərinə çatmasında ən önəmli amildir.

Baxış sayı : 154
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub