MƏDƏNİ
A- A A+

"Musiqi sərhəd tanımır"

2016-03-29 11:00:45

Əcnəbi media Azərbaycan musiqisindən yazıb

Qırğızıstanın əsas dövlət qəzeti olan “Slovo Kırqızstana”da Azərbaycanın Qırğızıstanındakı səfirliyi Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə mart ayının 17-də Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun doğum gününün 130 illiyi münasibətilə keçirdiyi yubiley gecəsi və qala-konsert ilə bağlı bütöv bir səhifəlik məqalə dərc edilib. 
Səfirlikdən 525.az-a verilən məlumata görə, "Musiqi sərhəd tanımır" adlanan məqalədə Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutovun, səfir Hidayət Orucovun, teatrın direktoru Bolot Osmonov tədbirdəki ətraflı çıxışlarını tam olaraq qəzet oxucularına təqdim edərək, oxuculara dahi bəstəkar Üzeyir Hacıbəyovun sənəti ilə yaxından tanış olma imkanı verib.
Məqalədə səfir Hidayət Orucovun çıxışı geniş təqdim olunub:
Səfir son zamanlar həm Azərbaycanda, həm də  Qırğızıstanda bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib.
Hidayət Orucov xüsusi ilə vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev ilə Qırğızıstanın prezidenti Almazbek Atambayevin apardıqları siyasətin nəticəsi olaraq dövlətlərimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənib.

Səfir qeyd edib ki, bu müddət ərzində ölkələrimiz arasında mədəni mübadilə gücləndirilib.

Səfir son üç ildə humanitar sahədə çoxsaylı tədbirlərin bəzilərini xüsusi ilə qeyd edib, eyni zamanda, bildirib ki, hal-hazırda da bir neçə mühüm tədbirin keçirilməsi planlaşdırılır: 
“Yaxın aylarda Azərbaycan səfirliyi və Qırğızstan Xalqları Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin təşəbbüsü ilə prezident Almazbek Atambayevin fərmanı ilə elan olunmuş 2016-cı ilin Qirğızstanda tarix və mədəniyyət ilinə həsr olunan tədbir keçiriləcək. Biz eyni zamanda Qırğızıstanda Azərbaycan və Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin keçirilməsinə hazırlaşırıq." 
H.Orucov qısa müddət ərzində Azərbaycan və Qırğızstan Respublikaları və qardaş Azərbaycan və qırğız xalqları arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu qeyd edib. 
O, belə tədbirlərin təşkil olunması iki qardaş xalqı daha da yaxınlaşdırdığı bildirib.
Qırğızıstan Milli Akademik Opera və Balet teatrının solisti Asel Babayeva 2013-cü ildə YUNESKO baş qərargah bunasının konsert zalında “Arşın mal alan” operettasından partiya ifa etdiyini,“Arşın mal alan”ın dünyanın 76 ölkəsində 187 teatrda səhnələşdirildiyini yubiley iştirakçılarının diqqətinə çatdırıb.

Sonra səfir Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə, Azərbaycandan gələn opera müğənnilərinə, gecənin keçirilməsində zəhmət çəkən bütün şəxslərə Üzeyir Hacıbəyov kimi dünya klassik musiqi korifeyinin əsərlərinə göstərilən sevgiyə gorə təşəkkürünü bildirib:

"Üzeyir Hacıbəyovun yaratdığı yüksək insani duyğuların himninə çevrilib, artıq bir əsrdir bu əsər dünya teatr səhnəsinin və kinematoqrafiyasının layiqli incisidir.

Üzeyir Hacıbəyovun yaradıcılığında şərq və qərb musiqi tərzləri birləşdirilib, Azərbaycan xalq musiqisi elementləri Avropa klassik ənənələrinə uyğunlaşdırılıb. Yubileyin Novruz bayramı ərəfəsində keçirilməsi fikrimcə, təbii haldır, çünki Novruz – təbiətin, zamanın oyanışını, təzələnməsini təcəssüm etdirir, Üzeyir Hacıbəyov isə bütün müsəlman dünyasında klassik musiqinin baharı - Novruzu idi".

Sonra Üzeyir Hacıbəyovun əsərlərindən ibarət olan qala-konsert ilə bağlı məlumat verilib.

Qala-konsertdə Qırğızıstanın populyar opera müğənnilərindən Xalq artisti Jumakadır Kanimetov, Əməkdar artist Sadırbek Jumaşev, Qırğız Milli Akademik Opera və Balet teatrının baş xormeysteri Karaqul Tilençiyev və solistlər Asel Bekbayeva, Bakıt Ibıkeyev, Nurjiqit Asanov, Salima Mamatova, Almaz İstambayev, Mediana Baitova ilə yanaşı Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artist İlahə Əfəndiyeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının dirijoru Eyyub Quliyev çıxış ediblər. 
Qeyd edək ki, qala-konsertin rejissoru İskender Saatbayevdir.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1169

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...