2022-04-12 09:20:56 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır

Prezident İlham Əliyev XXI əsr milli inkişaf strategiyamızın yaradıcısı və memarıdır. Onun 2003-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələməsi müstəqillik tariximizin ayrıca bir mərhələsini təşkil edir.

Hər şeydən öncə bu mərhələ müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi dayanıqlılığımızn artırılması, sosial dövlət öhdəçiliklərinin realizə edilməsi, ölkəmizdə hərbi sənayenin yaradılması və ordu quruculuğunun yenidən təşkili, yeni regional və qlobal layihələrin həyata keçirilməsi, xarici siyasət kursunda hücum diplomatiyası strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artırılması mərhələsidir.

Buna paralel olaraq eyni zamanda çoxsaylı sosial layihələrin həyata keçirilməsi, vətəndaşlarının rifahının yaxşılaşdırılması ,iqtisadi inkişafın təmin edilmsi, inkluziv cəmiyyətin qurulması və bütün sahələrdə tərəqqinin əldə edilməsi dövrüdür. 2003-cü ildən 2018-ci ilədək xarakterik olan bu inkişaf ənənələri 2018-ci ildə İlham Əliyevin yenidən Prezident seçilməsi ilə növbəti, daha intensiv inkişaf mərhələsinə qədəm qoymuş oldu. Bu mərhələ dərin islahatlar, regional layihələrin uğurla reallışdırılaraq başa çatması, 2011-ci ildən başlayaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Qeyri Daimi üzvü kimi bu beynəlxalq təşkilta iki il rəhbərlik etməsi təcrübəsinin 2019-2022-ci illərdə Qoşulmama Hərakatına rəhbərlik edəcək mərhələsinə qədər beynəlxalq nüfuzunun artması hadisəsidir.

Ancaq 2018-ci il prezident seçkilərindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın əldə etdiyi ən böyük tarixi naliyyət və uğur heç şübhəsiz ki, 2020-ci ildə 44 günlük müharibədən sonra tarixi zəfər əldə edərək ərazi bütövlüyümüzü bərpa etməsidir. Bu hadisə təkcə İlham Əliyevin hakimiyyəti dövrünü parlaq zəfəri deyil bütövlükdə Azərbaycanın hərbi siyasi tarixinin son 200 ildə əldə etdiyi ən böyük qələbə ən parlaq zəfərdir. Tarixi qələbəmiz özlüyündə nə qədər çətin əldə edilən bir naliyyət idisə bu qələbəmiz nəticəsində reguonumuzda yaranan yeni gec balansının və strateji konfiqurasiyanın dünyaya qəbul etdirliməsi işi də bir o qədər çətin bir proses idi.

Elə cəmisi bir neçə gün əvvəl Avropa İttifaqının paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra əminliklə qeyd edə bilərik ki, yeni reallıq artıq təkcə region ölkələri tərəfindən deyil bütövlükdə Avropa tərəfindən də qəbul edildi. Artıq regionunuzn gələcəyi Azərbaycanın irəli sürdüyü beş baza prinsipi əsasında müəyyənləşəcək.

Başqa sözlə Prezident İlham Əliyevin siyasi strategiyası Cənubi Qafqaz kimi mürəkkəb bir tarixi-siyasi coğrafiyada mümükn sülhü diqtə edəcək. Hazırda xalqımız tarixi zərfərimizn yaratdığı yeni reallıqlar sayəsində uzun illərdir gözlədiyi Böyük Qayıdış təntənəsini yaşamaqdadır. Bu isə növbəti tarixi inkişafımız, rifah və naliyyətlərimizin başlanğıcıdır.

Hikmət Babaoğlu

Milli Məclisin deputatı

Baxış sayı : 298
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib