2022-04-12 08:15:55 | MÜSAHİBƏ
Politoloq: İkinci Brüssel görüşü sülh sazişinin imzalanması istiqamətində atılan növbəti uğurlu addımdır

Artıq “flüger siyasəti”ni, yəni, küləyin əsdiyi istiqamətə uyğun siyasi kursu özünə peşə seçən Ermənistan Moskva ilə Brüssel arasında var-gəl etməkdən yorulub. Əsassız və bəhanələrlə dolu iddialarını gah Moskvaya, gah da qərbli sahiblərinin hüzuruna daşıyan, ancaq hər iki platformada oxu daşa dəyən və ümidləri puç olan Ermənistan artıq dalana dirənib.

Çünki daş qayaya deyil, əzəmətli və qalib “Dəmir yumruğa” rast gəlib. Bütün dünyanın gözləri qarşısında Ermənistanı və onun ordusunu döyüş meydanında, Nikol Paşinyanı isə siyasi və diplomatik müstəvidə üstələyən Azərbaycan və onun Lideri Prezident İlham Əliyev qalib rəhbərdən daha çox sülh təşəbbüslərini ortaya qoymaqla qarşı tərəfin bütün bəhanələrini zərərsizləşdirib. Növbəti belə şah və mat aprelin 6-da ikinci Brüssel görüşündə baş verdi.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirib.

Politoloq diqqətə çatdırıb ki, təkcə regionumuzda deyil, ümumilikdə dünyada baş verən prosesləri xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqları və mənafeləri baxımından ən düzgün şəkildə qiymətləndirən Prezident İlham Əliyev prosesə yenə qalib kimi başladı. Çünki dövlətimizin başçısı üzərinə düşən əsas missiyanı döyüş meydanında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi ən layiqli şəkildə həyata keçirib. Ondan sonra baş verən bütün görüşlər, o cümlədən ikinci Brüssel görüşü 44 günlük müharibədəki faktiki Qələbəmizi hüquqi cəhətdən də rəsmiləşdirmək və düşməni sülh sazişini imzalamağa məcbur etmək istiqamətində atılan növbəti uğurlu addım idi.

Bəs Brüssel görüşünün, onun nəticələrinin fərqli və üstün cəhətləri nədən ibarət idi? Əvvəla onu qeyd edək ki, bu görüşdə Azərbaycan tərəfinin sülh təşəbbüsləri və siyasi leksikona gətirdiyi bütün ifadələr işlənsə də, erməni tərəfinin daim istinad etdiyi, ancaq bizim tarixin arxivinə göndərdiyimiz ifadələrdən söhbət belə getmədi. Otuz ilə yaxın müddətdə keçmiş münaqişəni beynəlmiləlləşdirməyə, prosesə digər tərəfləri cəlb etməyə, hətta baş verənləri xristian və İslam dünyası arasında olan problem kimi təqdim etməyə çalışan Ermənistanın ümidləri tam boşa çıxdı. Belə ki, bir müddət əvvəl Azərbaycanın Ermənistana verdiyi real sülh təkliflərinə cavabını da ATƏT-in Minsk qrupunu gündəmə gətirməklə uzatmağa çalışan qarşı tərəfin “son silahı” da əlindən alınmış oldu. Hər bir halda təsadüflərinə inanmadığımız dünyada baş verən bu hadisələrin ciddi bir məntiqi prosesin nəticəsi olduğunu və regionda nəhayət ki, sülh sazişinin imzalanması istiqamətində ən real addım kimi düşünmək tam yerinə düşər”, - Xəyal Bəşirov diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, dünyada baş verən hazırkı proseslər səbəbindən Qərbdən Şərqə və Avropadan Asiyaya hələ ki, yeganə qapı olan Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərb dünyası tarixdə heç vaxt olmadığı qədər maraqlı görünür. “Təbii ki, bu məqamda dünya üçün ən həssas regionlardan olan Cənubi Qafqazın şimalından cənubuna, şərqindən qərbinə qədər uzanan yeganə ölkəsi və dominant qüvvəsi olan Azərbaycanın mövqeyi aktuallaşmaya bilməz. Bu səbəbdən də ilk dəfə Avropa belə böyük maraqlarla müqayisəyəgəlməz dərəcədə əhəmiyyətsiz olan Ermənistan keçmiş münaqişədən sonra qalan problemlərin həlli ilə bağlı ölkəmizlə ikilikdə masaya oturmağa məcbur edir. İndi rəsmi Moskvanın da erməni oyunlarına və hiylələrinə baş qoşmağa nə həvəsi, nə də zamanı yoxdur. İkinci Qarabağ müharibəsi zamanı bütün siyasi, diplomatik, maddi və hərbi dəstəyinə rəğmən, bizimlə ilk dəfə döyüş meydanında tək qalmasına məcbur etdiyimiz və barəsində “qalib” mifi yaradılmış Ermənistan ordusu cəmi 44 gün dözə bildi. Eyni hadisələrin siyasi və diplomatik meydanda cərəyan etdiyi indiki zamanda Ermənistanın məkrli və hiyləgər diplomatiyasının heç bir nəticə vermədiyi artıq göz qabağındadır”, - deyə politoloq vurğulayıb.

Baxış sayı : 286
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib