SİYASƏT
A- A A+

TEAS: Beynəlxalq Cinayət Məhkəməsinin Xocalı qətliamına da diqqət yetirməsinin vaxtıdır

2016-03-26 09:35:24

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) müharibə cinayətləri və bəşəriyyət əleyhinə olan cinayətlərə görə Bosniya serblərinin lideri Radovan Karadjiçə qırx il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini alqışlayır

Bu məhkəmə qərarı yeddi mindən artıq Bosniya müsəlmanının qətlə yetirildiyi Srebrenitsa qırğını ilə bağlıdır.

Bu fikirlər TEAS-ın açıqlamasında yer alıb.

Açıqlamada bildirilir ki, Haaqada, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında keçirilmiş məhkəmə prosesi səkkiz il davam edib. Bu, Karadjiçın rəhbərlik etdiyi silahlı birləşmələrin iyirmi il əvvəl kütləvi qətllər törədərkən həyat və ya ölüm haqda qərar qəbul etdikləri saniyələrdən daha çox vaxtdır.

TEAS təəssüf edir ki, Karadjiçın məhkəməsinə yetirilən diqqət eyni vaxtda baş vermiş digər vəhşiliyə – 1988–1994-cü illərdə alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə şamil edilmir. Münaqişə nəticəsində otuz min insan həlak olub. Ən böyük vəhşilik isə 1992-ci il fevralın 26-da kişi, qadın, uşaq və qoca da daxil olmaqla, 613 mülki vətəndaşın qətlə yetirildiyi Xocalı qırğını baş verib.

Bu iki münaqişə arasında olan əsas fərq təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasındadır. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlayır. Təqribən 875 min azərbaycanlı Azərbaycan ərazisində məcburi köçkün kimi yaşayır.

Bu günə qədər heç bir erməni Xocalı qətliamında və ya həmin vaxt törədilmiş digər vəhşiliklərdə iştirakına görə məhkəməyə cəlb edilməyib. Ermənistan prezidenti Serj Sarkisyan keçmiş hərbi komandirdir. O, BMT və dünya parlamentlərinin ən ali tribunalarında nitq söyləməkdə və qəbul edilməkdə davam edir, baxmayaraq ki onun əlləri qana batıb.

TEAS-ın direktoru Lionel Zetter deyib: “Beynəlxalq Cinayət Məhkəməsi dünyadakı bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb etməklə mükəmməl iş görüb. Bəlkə də indi 613 mülki şəxsin sistemli şəkildə qətlə yetirildiyi Xocalıya diqqət yetirməyin vaxtıdır”.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 848

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...