SİYASƏT
A- A A+

“The Daily Caller”: ABŞ-ın etibarlı müttəfiq olan Azərbaycanı dəstəkləməsi vacibdir

2016-03-26 09:20:11

Amerikada nəşr edilən “The Daily Caller” qəzeti avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini dərc edib

 

 “Müttəfiqlərimiz dəstəklənməyə layiqdir” adlı məqalədə ABŞ-ın öz müttəfiqlərinə qeyri-proporsional münasibəti ilə bağlı fikirlər açıqlanır. Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşmış C.Emler yazır ki, Prezident Barak Obama tez-tez Yaxın Şərq, Əfqanıstan və Afrikada qeyri-sabitlik təhlükəsini xatırladır. O qeyd edir ki, bu regionlar terrorçu qruplaşmalar üçün sığınacaq ola bilər. Lakin hətta terrorizm təhlükəsi olmadıqda belə, sabitliyin yoxluğu etnik münaqişələrlə nəticələnə bilər. Belə münaqişələr keçmiş Sovet İttifaqının, Yaxın Şərqin və Afrikanın müxtəlif regionlarında mövcuddur. Sabitliyin yoxluğunu qeyd edərkən B.Obama “özünü doğrulda bilməmiş dövlətlər”in sayca artmasını nəzərdə tutur. Bu ölkələr qeyri-sabitlik ucbatından faktiki olaraq qanunların icrasını izləyə, öz vətəndaşlarının əmtəə və xidmətlərlə təmin edə, sərhədlərini və ölkənin təhlükəsizliyini qoruya bilmirlər.
Məqalə müəllifi vurğulayır ki, Yaxın Şərq deyilənlərə əyani sübutdur. Bu bölgədə “ərəb baharı” çox tez bir zamanda ümumi etiraz doğurmuş “ərəb qışı”na çevrildi və bunun nəticəsində İraq və Suriya kimi ölkələr xaos girdabına sürükləndilər. Həmin ölkələrdə təhlükəsizlik sisteminin dağılması İŞİD və digər terrorçu qruplaşmalara dayaq mövqelər əldə etmək imkan verdi. ABŞ dünyanın hər bir problemli zonasında təhlükəsizliyin dəstəklənməsindən ötrü real resurslara malik deyil. Deməli, qlobal təhlükəsizliyə öz töhfəsini verən və Amerika ilə eyni dəyərlər sisteminə malik dövlətlərin diplomatik, siyasi və hərbi resurslarla təchizi strategiyasına müvafiq şəkildə hərəkət etmək gərəkdir. Castin Emler yazır ki, bu cür müttəfiqlik meyarına uyğun gələn ölkələrdən biri də Azərbaycandır. Əgər Azərbaycan xalqı dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Qərbə istiqamətlənməsəydi, Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan da “özünü doğrulda bilməmiş dövlətlər”dən biri ola bilərdi. C.Emler qeyd edir ki, Heydər Əliyevin liderliyi və davamçısı İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan təvazökar ölkədən uğurlu dövlətə, habelə texnologiya, energetika, aviakosmik sahələrdə, hərbi sənayedə regionun liderinə və regional iqtisadiyyatın lokomotivinə çevrildi.
Daha sonra müəllif Azərbaycanın terrorizmlə mübarizədə, eləcə də ABŞ və NATO ilə tərəfdaşlıqda Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlarda iştirakı, logistik dəstək və koalisiya qüvvələrinin təyyarələri üçün hava məkanı verməsi, nüvə silahının yayılmasının qarşısını almaqda əməkdaşlığı haqqında məlumat verir. Ekspert Azərbaycanın Avropanın və ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatında rolunu, respublikanın etnik və dini tolerantlıq məkanı kimi tanınmasını xatırladır. Məqalənin sonunda müəllif yazır ki, ABŞ-ın nəticə əldə etmədən bəzi ölkələr üçün boşuna ayırdığı vəsaitlərin miqdarını göz önünə gətirərək, Birləşmiş Ştatların məhz qarşılıqlı fayda verən və bütün dünyaya xeyir gətirən bir ölkəyə dəstək göstərməsi daha yaxşı olardı.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 840

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...