QHT və MEDİA
A- A A+

QHT-lərin terror hadisələri ilə bağlı bəyanatı

2016-03-25 21:35:17

Türkiyənin Ankara, İstanbul şəhərlərində və Belçika Krallığı paytaxt Brüsseldə törədilmiş qanlı terror hadisələri narahatlığa səbəb olub

 25 mart 2016-cı il tarixində, “Avropa Demokratiya və İnsan Haqları” Fondunun və  Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun təşəbbüsü ilə, bir sıra QHT və ictimaiyyət nümayəndələri birgə iclas keçirərək son günlər Türkiyənin paytaxti Ankarada, İstanbulda, Belçika Krallığı paytaxt Brüsseldə və başqa Avropa ölkələrində törədilmiş dəhşətli terror aktlarına öz etirazlarını və münasibətlərini bildirərək, terrorizmi qətiyyətlə pislədilər və onun bütün təzahürlərinə qarşı mübarizəni aparılması üçün ölkə və dünya ictimayətini bu məsələdə həmrək olmasınını tövsiyə etdilər.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti və Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun Azərbaycan təmsilçiliyinin kordinatorlaru Sərraf Orucov çıxış edərək yığıncaq iştirakılarını Ankara, İstanbul və Brüssel şəhərlərində törədilmiş amansız terror aktları nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi və sonra teror qurbanlarının ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verirərək yaralananlara şəfa dilədi. Sərraf Orucov son günlərdə Ankara, İstanbul və Brüssel şəhərlərində cox saylı insan təlafatı ilə nəticələnən dəhşətli teror hadisələrdən son dərəcə hiddətləndiyi üçün, terrorizmi qətiyyətlə pislədi və onun bütün təzahürlərinə qarşı fəal mübarizəyə qoşulduğunu bildirdi. O, Ankara, İstanbul və Brüssel şəhərlərində baş vermiş teror aktlarınin qurbanları haqqında maraqlı statistik məlumatlar verərək ürək ağrısı ilə qed Edərək bildirdi ki,  axı Ankara, İstanbul və Brüssel şəhərlərində həlak olanlar dinc insanlar idi...uşaqlar, qadınlar, yaşlılar, gənclər idilər, onların günahı nə idi? Avropa İttifaqı və Dünya dövlətləri isə buna ikili standartlarla yanaşaraq müşahidə etmələri ilə işlərini bitmiş hesab edirlər. Türkiyədə ölümlə nəticələnən terror hadisəsi bahanə edilərək, ölkənin bir çox yerlərində PKK terrorçuları və separatçı kürdlər təxribatyönümlü aksiyalar keçirməyə və bəzi yerlərdə terror hücumları törətməyə başlayırlar.  Türkiyənin Azərbaycanla sərhəd vilayəti olan İğdır ilə Ağrı vilayətinin Doğubəyazid rayonunun arasındakı Pamuk keçidində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında qızğın atışma baş verib.  Bundan başqa gündüz Türkiyə Şanlıurfa vilayətinin Suruc rayonunda kamikadze terrorçunun aksiyada törətdiyi partlayış nəticəsində 30 nəfər ölüb, 104 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayı günü-gündən artir.  13 martda  Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər həlak olub, 125 nəfər isə yaralanıb. İstabul şəhərinin Taksimdə baş vermiş terror aktında 5 nəfər dünyasını dəyişib, ölənlər arasında 3-ü İsrail vətəndaşı, 2 ABŞ vətəndaşı,1-i də İran vətəndaşı vardır, 36 nəfər isə yaralanıb. Çoxsaylı insan təlafatı ilə törədilmiş teror aktlarını PKK- teror təkilatının təkilatçılıqı ilə törədilldiyi təsdiq olunmuşdur. Brüssel aeroportu və metrosunda baş vermiş 3 silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 250 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.  Brüssel hava limanı və metrosunda törədilən terror aktları nəticəsində ölən və yaralananlar 40 ölkənin vətəndaşlarıdır. Yaralananlar arasında Avropa Komissiyasının üç əməkdaşı yaralanıb. Brüssel aerportunda iki partlayış olub. Üçüncü partlayış isə Malbek metro stansiyasında baş verib. Hər üç partlayışları İŞİD terror təşkilatı törədib. Brüsseldə baş verən terror, əslində, günümüzdə necə qlobal bəla ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində sığortalanmanın mümkünsüz olduğunun göstərdi. ABŞ və Avropanın Yaxın Şərqdə "demokratiya" pərdəsi altında uyğuladıqları ssenarilərin qanlı və dağıdıcı nəticələri, radikal dini cərəyanların nüfuzunu daha da qaldırır, onların sırasına qoşulanların isə az qala qəhrəman kimi dünya ictimayyətinə nümayiş olunur. Avropa İttifaqı, eləcə də Belçika terror təşkilatlarına münasibətdə ikili yanaşmalarına son qoyaraq, son bir ayda iki dəfə Ankarada, bir dəfə İstanbulda, bir hün ərzində isə 3 dəfə Brüsseldə terror aksiyasi düzənləyən İŞİD və PKK terror təkilatlarına qarşı mübarizədə Türkiyəyə və 24 ildən artıqdır ki torpaqlarının 20 faizi işğal olunaraq təcavüzə məruz qalmış Azərbaycana   dəstək verməlidir.  İslamafobiya, eləcə də sağ radikal və xristian-demokrat təşkilatların aktivliyi və bir çox hallarda da radikallığının müsəlmanların da içində yer aldığı və ayrılmaz tərkib hissəsinə çevrildiyi Avropa cəmiyyətində ciddi ikitirəlik yaratdığını qəbul etməli və bunun qarşısını almalıdır.  Əgər bu gün Yaxın Şərqdə 3 milyondan artiq kütləvi müsəlmanın qırğınına Avropa dövlətləri biganə qalaraq sadəcə ikili standartlarla müşahidə edirsə,  Avropanın və Qərbin artıq işğala, terrora və terror təşkilatlarına münasibətinin dəyişərək ilk növbədə terrora ikili standartlarla yanaşmaya son qoyulmalıdır. Avropa ölkələri terrorçulara göz yunmamalıdırlar. İŞİD necə vəhşi terror təşkilatıdırsa, PKK təşkilatı da  eynidir.
 “Avropa Demokratiya və İnsan Haqları” Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Məcid Məmmədov çıxış edərək bildirdi ki, biz  Ankara, İstanbul və Brüssel şəhərlərində cox saylı insan təlafatı ilə nəticələnən dəhşətli qanlı terror hadisələrini qətiyyətlə pisləyir vəterroru törədənləri lənətləyirik.
"Bu terror hadisəsi bəzi beynəlxalq güclərin Tükiyəyə qarşı qəsdi, Türkiyəni çökdürmək, haqq işindən döndərmək cəhd kimi dəyərləndiririk. Biz inanırıq ki, terrorçular və onların arxasında dayananlar öz məkrli niyyətlərinə nail ola bilməyəcklər. Türkiyə bu mücadələdən də qalibiyyətlə çıxacaqdır. Biz Türkiyənin haqq işini dəstəkləyir, əlimizdən gələn köməyi göstərməyə hazır olduğumuzu bildiririk.  Bütün beynəlxalq təşkilatlara müraciət edərək terrorçuluğa qarşı daha sıx birləşməyi, Türkiyəyə qarşı laqeyd olmamağa çağırırıq. Türrorun və terrorçuların vətəni olmur. Belə hadisələr hər bir dövlətin başına gələ bilər. Dünyada xöş məramlı misiyya ilə işğala və terora qarşı, Türkiyə, Azərbaycan və Gürcüstan, İran, Rusiya, Bolqarıstandan və Əfqanıstan Dövlətlərinin Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılmış "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"-un Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşa edilməsi, region münaqişələrinin, o, cümlədən, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin həllinə ictimai dəstəyin verilməsi, Forumda təmsil olunan ölkələr arasında xoş münasibətlərin inkişaf etdirilməsini və həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, həmçin digər beynəlxalq və regional qurumların prinsip və tələblərinə uyğun olaraq bütün dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına hörmətlə yanaşmasını, istənilən ölkənin daxili işlərinə müdaxiləni, işğal, təcavüz, etnik təmizləmə, terror hərəkətlərinə qarşı çıxmasını, sivil dünyanı bu cür mürtəcə hərəkətlərə qarşı birlikdə mübarizə aparmağını dəsdəklərək, Forumun Avropa ölkələrində fəaliyyət göstərməsinə isdənilən köməyliyi əsirgəməyəcəyik. Biz Avropa və bütün dünya dövlətlərini terrorizmə qarşı birliyə çağırırıq. 
 Tədbirdə  iştirak edən digər iştirakçılardan, 20 yanvar İctimai Birliyinin sədr müavini Mustafa Əliyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyin Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Tanınmış yerli və Beynəlxalq hüquqşünas, Hüquq Kostantik” MMC-nin drektor müavini Azər Səfərov və başqa ictimayyət nümayəndələri çıxış edərək  Ankarada, İstanbul və  Brüssel şəhərlərində günahsız əhaliyə qarşı törədilmiş dəhşətli terror aktlarına öz etirazlarını və münasibətlərini bildirərək, terrorizmi lənətlədilər.

                          

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 748

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...