2022-03-31 09:55:38 | TƏDQİQATLAR-ANALITIKA
Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərin siyahısını açıqlanıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Fərrux kəndində insan qalıqlarının aşkarlanmasına münasibət bildirib.

Dövlət Komissiyasından verilən xəbərə görə, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.

Bildirilib ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

“Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

N Soyadı, adı və atasının adı Təvəllüdü İtkin düşdüyü tarix

1 Abdullayev Əlibala Teyyub oğlu 27.02.1972 19.09.1992

2 Ağayev Arzu Nazir oğlu 16.12.1973 24.01.1993

3 Allahverdiyev Baba Müseyib oğlu 13.11.1971 28.10.1992

4 Allahverdiyev Əhməd Ənvər oğlu 30.04.1974 19.01.1993

5 Bağırov Baləddin Yusif oğlu 19.11.1972 18.09.1992

6 Basenşpiler Mixail Arifoviç 04.02.1963 19.09.1992

7 Baxışov Xəlil Salman oğlu 01.07.1965 28.09.1992

8 Bədirxanov Mehman Əhməd oğlu 27.02.1957 19.09.1992

9 Behbudov Əli Durmuşəli oğlu 01.06.1971 19.09.1992

10 Cəbrayılov İlham İbrahim oğlu 17.01.1973 19.09.1992

11 Cəfərov Mehman Əbdülrəhman o 28.01.1968 20.01.1993

12 Cəfərov Sənan Vəli oğlu 05.08.1972 25.01.1993

13 Dadaşov İlham Adil oğlu 19.06.1973 19.09.1992

14 Eminov Mehman Bəhram oğlu 01.03.1974 25.01.1993

15 Eyvazov Məsud Eynulla oğlu 08.12.1972 19.09.1992

16 Əhmədov Faiz Mahmud oğlu 15.10.1956 20.01.1993

17 Əliməmmədov Vahid Zəbişah oğ 07.11.1971 13.11.1992

18 Əliyev Hidayət Kamal oğlu 01.02.1973 27.10.1992

19 Əliyev İlqar Hidayət oğlu 01.12.1972 24.01.1993

20 Əmiraslanov Bəxtiyar Cahid oğlu 11.09.1971 29.10.1992

21 Əsgərov Bəxtiyar Ağabala oğlu 25.01.1973 19.09.1992

22 Əzizov Pərviz Bayramqulu oğlu 18.12.1969 28.10.1992

23 Fərzəliyev Vidadi Molut oğlu 01.06.1962 25.01.1993

24 Həbibov Elnur Paşa oğlu 21.12.1973 26.01.1993

25 Həsənov Eldəniz İlyas oğlu 17.12.1969 01.01.1993

26 Hüseynov Cəsarət Binnət oğlu 01.11.1973 27.10.1992

27 Hüseynov Hüseyn Əhməd oğlu 21.06.1935 19.01.1993

28 Hüseynov Vüqar Cavanşir oğlu 31.05.1973 19.09.1992

29 Hüseynov Vüqar Tahir oğlu 09.07.1973 25.01.1993

30 Hüseynov Xəqani Saleh oğlu 10.06.1970 28.10.1992

31 İbadov Maarif Məhiş oğlu 18.05.1971 29.09.1992

32 İbrahimov Kərəm Hümbət oğlu 05.05.1972 28.10.1992

33 İsmayılov Tahir İsa oğlu 19.01.1965 30.10.1992

34 İsrafilli Həsən Hüseyn oğlu 05.03.1958 18.06.1992

35 Kərimov Xaləddin Telman oğlu 09.11.1968 27.10.1992

36 Qəhrəmanov Vidadi İslam oğlu 30.03.1971 19.01.1993

37 Qəhrəmanov Qəhrəman Süleyman 05.03.1973 30.09.1992

38 Qubadov Vüqar Hicran oğlu 07.02.1973 19.09.1992

39 Qurbanov Natiq Mirzəli oğlu 16.02.1970 30.10.1992

40 Qurbanov Rasim Fikrət oğlu 19.12.1972 28.10.1992

41 Qurbanov Şaban Qulu oğlu 08.11.1972 28.10.1992

42 Məmmədov Elman Nurəddin oğlu 25.08.1970 11.02.1993

43 Məmmədov Faiz Kərim oğlu 14.09.1971 29.10.1992

44 Məmmədov İlqar Nuru oğlu 01.07.1961 26.01.1993

45 Məmmədov İlqar Şirzal oğlu 08.09.1971 19.09.1992

46 Məmmədov Mehman Tofiq oğlu 15.04.1972 19.09.1992

47 Məmmədov Pərviz Aşralı oğlu 04.05.1973 27.10.1992

48 Mənsimov Rüstəm İsrafil oğlu 01.07.1970 28.10.1992

49 Mirzəyev Araz Seyfəddin oğlu 28.07.1973 25.01.1993

50 Muxtarov Aydın Şaban oğlu 29.05.1974 24.01.1993

51 Namazov Pəhlivan Elman oğlu 29.12.1969 19.01.1993

52 Namazov Elçin Mahmud oğlu 13.09.1962 30.10.1992

53 Nyuneçkin Vladimir Anatolyeviç 03.02.1961 28.10.1992

54 Orucov Kamran Niyətulla oğlu 27.01.1974 19.09.1992

55 Ömərov Nizaməddin Məcid oğlu 09.10.1974 21.01.1993

56 Salmanov Sahib Salman oğlu 16.04.1973 28.10.1992

57 Səmədov Hümbət Əhəd oğlu 04.12.1966 13.06.1992

58 Svanidze Məhəmməd Fəzli oğlu 18.04.1974 22.01.1993

59 Şirinov Zahid Əsədulla oğlu 31.08.1971 20.09.1992

60 Tarverdipur Elşad Hüseyn oğlu 18.03.1971 28.10.1992

61 Təsəlliyev Aqil Böyükağa oğlu 02.02.1973 25.01.1993

62 Zeynalov Bədəl Babası oğlu 19.11.1973 25.01.1993”.

Baxış sayı : 343
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir