MƏDƏNİ
A- A A+

Vyanada Azərbaycan rəssamlarının “Rənglərin əks-sədası” sərgisi

2016-03-24 09:50:52

Vyana Beynəlxalq Mərkəzində (VBM) Novruz bayramı ilə əlaqədar tədbirlər çərçivəsində gənc Azərbaycan rəssamları Dilşad İmranova və Nərmin Abdullayevanın əsərlərindən təşkil olunmuş “Rənglərin əks-sədası” adlı sərginin açılışı olub

Sərgidə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Müasir İncəsənət Mərkəzinin direktoru Çingiz Fərzəliyev, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşı Bəxtiyar Siracov, Azərbaycan səfirliyinin əməkdaşları, Vyanada təhsil alan azərbaycanlı tələbələr, Vyana şəhər sakinləri, müxtəlif ölkələri təmsil edən VBM-də əməkdaşları iştirak ediblər. Sərgidə hər iki rəssamın Novruz bayramı və vətənpərvərlik mövzusu ilə bağlı insanın daxili aləmini, mənəviyyatını müxtəlif çalarlarla, bədii obrazlar vasitəsilə əks etdirən ən gözəl əsərləri nümayiş etdirilir.

VBM nəzdində fəaliyyət göstərən incəsənət klubunun rəhbəri Raymond Nader sərginin Azərbaycan mədəniyyəti və incəsənətinin, xüsusilə də rəngkarlıq sənətinin gözəl nümunələrinin dünya səviyyəsində yayılmasında, təbliğ edilməsində, Azərbaycan rəssamlarının beynəlxalq aləmdə tanındılmasında əvəzsiz rolunun olduğunu vurğulayıb. Daha sonra o, Dilşad və Nərminə sərgiyə təqdim etdikləri gözəl işlərinə, sərginin hazırlanmasında fədakarlıqla çalışdıqlarına görə minnətdarlıq edib və onlara gələcəkdə daha da möhtəşəm uğurlar qazanmaları arzusunu dilə gətirib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov VBM incəsənət klubunun rəhbərliyinə, sərginin təşkilində əməyi keçən bütün əməkdaşlarına minnətdarlığını bildirib, kluba mədəniyyətlərarası bağların möhkəmləndirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə təşəkkür edib. Səfir, həmçinin Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafında qazanılmış nailiyyətlərdən söhbət açıb, Novruz bayramının xalqımızın mənəvi həyatında, tarixi yaddaşında tutduğu xüsusi dəyərli yerindən bəhs edib, Dilşad və Nərminə yaradıcılıq uğurları arzulayıb.

Aprel ayının 1-dək dava edəcək sərgidə zövq oxşayan əsərlər seyrçilərin doğma vətənimizi daha dərindən tanımasına, adət-ənənələrimizin və tariximizin qədim köklərini öyrənməsinə bir vasitə olacaq. Sərgi rəngkarlıq sənətimizin, ümumiyyətlə incəsənətimizin dəyərli məziyyətlərinin təbliğ edilməsinə qiymətli bir töhfə verəcək.

Qeyd edək ki, bu sərgi VBM-in fəaliyyət göstərdiyi 50 ildən artıq bir müddət ərzində Azərbaycandan gələn ilk sərgidir.

 Vyana Beynəlxalq Mərkəzi (VBM) bir neçə beynəlxalq təşkilatları özündə birləşdirir. Bu mərkəzdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), BMT Sənaye İnkişafı Təşkilatı (UNİDO), Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqavilə (CTBTO) və digər təşkilatlar fəaliyyət göstərir. Bunların hər biri təşkilata üzv olan ölkələr tərəfindən müəyyən edilmiş missiyanı yerinə yetirməklə dünyada sülh və təhlükəsizliyin təminatına, müxtəlif ölkələrdə yerli sənayenin inkişafına və texniki əməkdaşlıq proqramlarının icrasına xidmət edir. VBM nəzdində insanların müxtəlif maraqlarını özündə ehtiva edən çeşidlı dərnəklər, klublar yaradılıb. Qış və yay idman növləri üzrə klublar, dil tədrisi kursları və eləcə də incəsənət klubu bu xüsusda nümunə göstərilə bilər. İncəsənət klubunun qayəsi dünyanın ayrı-ayrı ölkələrində yaşayıb yaradan rəssamların işlərinin sərgilərinin təşkili və bu işlərin dünya ictimaiyyətinə tanıdılmasıdır. (AZƏRTAC)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 699

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...