2022-03-29 23:35:43 | MƏDƏNİYYƏT
"Avaz" Türkiyədə Azərbaycan musiqisini möhtəşəm təqdim edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində musiqi mədəniyyətimizin şah əsəri olan muğamımız inkişaf etməkdədir.

Muğam sənətinin gələcək nəsillərə çatdırılmasında, sevdirilməsində böyük töhfələr vermiş, 3 ildən artıq davam edən, hazırda MTV Azərbaycan kanalında yayımlanan "AVAZ” Televiziya Uşaq Muğam Müsabiqəsinin kiçikyaşlı xanəndələri, layihənin rəhbəri Zərifə Tapdıq qızı və musiqi rəhbəri Kamilə Abdullayeva bu günlərdə qardaş Türkiyədə keçirilən Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.

Bu barədə Fact-info.az-a layihənin rəhbəri Zərifə Tapdq qızı məlumat verib.

Zərifə Tapdq qızı bildirdi ki, kiçikyaşlı xanəndələrdən ibarət heyətdə "Avaz-3" ün iştirakçısı, şəhid mayor Elsevər Paşayevin qızı, 6 yaşlı Nəzrinin atasına həsr etdiyi ifası festivala qatılan hər kəsi göz yaşlarına qərq edib. "Avaz" qrupu festivala Mədəniyyət Nazirliyinin, Ailə Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, millət vəkili Jalə Əliyevanın və Azərbaycan oftolmoloqlar cəmiyyətinin sədri, həkim oftolmoloq Yazgül Abıyevanın dəstəyilə qatılmışdı.

Layihənin rəhbəri Zərifə Tapdq daha sonra qeyd edib ki, yarandığı gündən müxtəlif beynəlxalq musiqi festivallarına dəvətlər alan "AVAZ" iştirakçılarının növbəti səfəri, aprelin 23-də qardaş Türkiyənin Bursa şəhərində keçiriləcək Beynəlxalq Uşaq Festivalı olacaq.

Fact-info.az

Baxış sayı : 464
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb