SOSİAL
A- A A+

Milli Qəhrəman Vəzir Orucov anıldı

2016-03-23 21:30:26

Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun xatirəsini anma mərasimi keçirilib

Əvvəlcə Vəzir Orucovun ailə üzvləri və döyüş dostları, rayon ictimaiyyətinin nümayəndələri Tərtər şəhərində onun adını daşıyan küçədəki barelyefi önünə əklil və gül-çiçək qoyaraq xatirəsini ehtiramla yad ediblər. Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıb. Məlumat verilib ki, Vəzir Orucov 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olub, təhsilini və hərbi xidməti başa çatdırdıqdan sonra 1982-ci ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Ermənilərin torpaqlarımıza hərbi təcavüzü başlayanda Vəzir Azərbaycana qayıdıb, “Tərtər” özünümüdafiə batalyonuna yazılıb. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb, 1993-cü il yanvarında tam sağalmasa da, yenidən cəbhəyə qayıdıb. Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. 1993-cü il mart ayının 27-də ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Mərasimdə Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16, bir 24, bir 54 mənzilli yaşayış binası, həmçinin fərdi evlər tikilib istifadəyə verilib. Onlarla əlil avtomobil və əlil arabası ilə təmin olunub. Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin tikintisi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun və şəhid İlqar Həsənovun adlarını daşıyan küçələrdə abadlıq işləri aparılır. Vəzir Orucovun döyüş yoldaşları çıxış edərək onun torpaqlarımızın müdafiəsində göstərdiyi şücaətlərdən söz açıblar. Milli Qəhrəmanın anası Mahı Orucova Qarabağ Müharibəsi veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.  Mərasimdə məktəblilər Milli Qəhrəman Vəzir Orucova, Qarabağa həsr olunmuş şeirlər söyləyiblər.


Kateqoriya : SOSİAL Baxış sayı : 972

QHT və MEDİA

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

2019-02-19 19:55:49

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatı hesabat ve...
YAP Pirallahı rayon təşkilatı hesabat ve...

1992-cil noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...