2022-03-26 10:25:09 | İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq“

Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da güclənəcək

ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kub metr sıxılmış qaz ixrac edəcək. Məqsəd qədim qitənin Rusiyadan enerji asıllığının daha tez azaldılmasına nail olmaqdır. 552 milyard kub metr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı var. Birləşmiş Ştatlar 2030-ci ilədək Avropaya əlavə 50 milyard kub metr mav qaz göndərməyi hədəfləyir. Rusiya Ukrayna müharibəsi fonunda Qərb heç zaman müşahidə olunmayan birlik nümayiş etdirir. Birləşmiş Ştatlar Rusiyaya tətbiq edilən sanksiyalar kontekstində daha çox ölkəni bu əməkdaşlıq platofrmasında görmək niyyətindədir.

Avropa Birliyi üçün hazırda enerji təhlükəsizliyini möhkəmləndirmək baxımdan əlavə mənbələr Azərbaycan və Əlcəzair hesab olunur. 2.6 trilyon kub metr ehtiyatı və illik 43.9 milyard kub metr hasilatı olan Azərbaycan 2020-ci ilin sonundan Avropaya qaz ixracatına başlayıb. Əlcəzairin ehtiyatları 4.5 trilyon kub metr, illik istehsalı isə 90 milyard kub metrdir. Sözügedən ölkə Avropaya daha çox qaz nəql etməyə planlaşdırır.

2022-ci ildə Avropaya ən azı 9.1 milyard kub metr mavi qaz nəql etməyi planlaşdıran Azərbaycan artıq 10 milyard kub metr qazı 2020-ci ilin dekabrından bəri qədim qitəyə çıxarıb. Cənub Qaz Dəhlizinin ikinci fazasında Azərbaycan Avropaya 20 milyard kub metr qaz nəql edə biləcək. Dəhlizin reallaşması bir daha təsdiq etdi ki, çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən, dayanıqlı inkişafı dəstəkləyən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlət olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər. Cənub Qaz Dəhlizinin bütövlükdə ötürülmə qabiliyyəti 31, 5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq.

Göründüyü kimi, regionda və bütövlükdə dünyada yeni düzən formalaşır. Bu mərhələdə çoxşahəli xarici siyasətə üstünlük verən Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi daha da güclənəcək.

Vüqar Bayramov,

Millət vəkili, iqtisadçı-ekspert.

Baxış sayı : 256
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir