2022-03-23 12:15:08 | MƏDƏNİYYƏT
Türk dünyasından olan sənətçilər Türkiyədə bir araya gəliblər

İğdırda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi Novruz bayramı münasibətilə türk dünyasından gələn sənətçiləri qəbul edib.

Türkiyədə fəaliyyət göstərən İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyinin Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil olunan bayram mərasimi Novruz ənənələrinə uyğun proqramlarla zəngin olub.

Novruz xonçaları, yaşıl səmənilər, boyanmış yumurtalar iştirakçıların bayram ovqatını daha da yüksəldib.

Bir-birindən maraqlı çıxışlarla dolu musiqili bədii proqram İğdır Kültür və Turizm Müdirliyində keçirilib.

Əvvəlcə İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar Novruz bayramı barədə fikirlərini bölüşüb, türk dünyasını təmsil edən sənətçilərin, musiqi qruplarının İğdırda bir araya gəlməsini tarixi hadisə kimi dəyərləndirib.

Sonra türk dünyasını təmsil edən musiqi qruplarının rəngarəng ifaları olub.

Ağrı dağının yüksəkliyinə dırmaşan qonaqlar Şərqi Anadolunun gözəlliyini, rəngarəng təbiətini heyranlıqla qarşılayıblar.

Baxış sayı : 243
“Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalibləri Fərid Şəfiyev: Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir Mövlud Çavuşoğlu: "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik” “Laçın şəhəri Azərbaycana qaytarılacaq” - PAŞİNYAN Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib Kəlbəcərdə İstisu sanatoriyasının təməli qoyulub “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq” General-polkovnik Zakir Həsənov: İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, su istehsalı zavodunun təməlini qoyub Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır Ukrayna müharibəsi soyqırımı kimi tanınacaq Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Vətən müharibəsində fərqlənən hərbi qulluqçular təltif ediliblər Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edilib "Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub Azərbaycanın ABŞ-dakı səfiri Prezident Co Baydenlə görüşüb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib “Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib