SİYASƏT
A- A A+

Haaqada Azərbaycan tarixi ilə bağlı seminar keçirilib

2016-03-22 09:20:14

Azərbaycanın Niderlanddakı səfirliyində bu ölkənin siyasi elmlər və tarix müəllimləri assosiasiyasının təmsilçilərinin iştirakı ilə seminar təşkil olunub

Seminarda iştirakçılara Azərbaycanın tarixi inkişafının əsas dövrləri, qədim dövlətçilik ənənələri və bu ənənələrin müxtəlif vaxtlarda təkamülü, ermənilərin Qafqaz regionuna köçürülməsi haqqında ətraflı məlumat verilib. Tədbirdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Azərbaycanın tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması, tarixi toponimlərinin adlarının dəyişdirilməsi barədə danışılıb.

Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycanın müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin uzaqgörən və müdirik siyasəti nəticəsində uğurla həyata keçirilmiş neft strategiyası, Ulu Öndərin əsasını qoyduğu müasir Azərbaycan diplomatiyası haqqında məlumat verilib.

Seminarda Ümummilli Liderin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və bu inkişafın özünü Azərbaycanda cərəyan edən siyasi-iqtisadi proseslərdə açıq aydın büruzə verdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın iqtisadi inkişaf tempi bütün dünyada olduğu kimi, Avropa qitəsində də ölkəmizə marağı daha da artırıb.

Seminarda Azərbaycan ilə bağlı nümayiş etdirilən videoçarxlar qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onlara Azərbaycanın tarixi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri əks etdirən kitab, broşür və digər təbliğat materialları paylanılıb.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 735

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...