2022-03-18 10:35:18 | MƏDƏNİYYƏT
Şərqi Zəngəzur bölgəsinin Vətən müharibəsi şəhidləri haqqında kitab nəşr edilib

Publisist Hacı Nərimanoğlunun yeni nəşr edilmiş “Şəhidlər” kitabında 2020-ci il 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının 100-dən çox şəhidinin ömür, döyüş yolu fotoları ilə birlikdə “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində əks olunub.

Kitabda həmçinin “Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı “Ön söz”də dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliiyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.

Müəllifin “Şəhidlik - ən uca, müqəddəs məqamdır” adlı məqaləsi, ”Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən “Şəhid atam - qalibiyyət bayrağım”, “Doğmaların şeirlərində əbədiləşən Şəhid”, “Şəhid anasının ağıları”, “Şəhidim - ilk sevgim, son məhəbbətim” esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar...” foto-qalereyası da daxil edilib.

Torpaq, Vətən, Bayraq məhəbbəti, mərdik duyğuları, igidlik, şücaətləri ilə Qarabağ, Şərqi Zəngəzur ellərimizi yağı tapdağından xilas edib Azərbaycana qovuşduran Müzəffər Ordumuzun şəhid və qazilərinə, vətənimizin keşiyində məğrur dayanan əsgər və zabitlərimizə əbədi sevginin əksi olan kitabın nüsxələri Novruz bayramı günlərində nəşrdə adı keçən şəhidlərin ailələrinə, ali, orta məktəblərə, muzey, kitabxanalara, QHT və KİV-ə təqdim olunacaqdır.

“Füyuzat” nəşriyyatında rəngli formatda nəfis tərtibatda çıxan kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr edilib.

Baxış sayı : 276
“Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalibləri Fərid Şəfiyev: Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir Mövlud Çavuşoğlu: "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik” “Laçın şəhəri Azərbaycana qaytarılacaq” - PAŞİNYAN Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib Kəlbəcərdə İstisu sanatoriyasının təməli qoyulub “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq” General-polkovnik Zakir Həsənov: İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, su istehsalı zavodunun təməlini qoyub Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır Ukrayna müharibəsi soyqırımı kimi tanınacaq Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Vətən müharibəsində fərqlənən hərbi qulluqçular təltif ediliblər Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edilib "Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub Azərbaycanın ABŞ-dakı səfiri Prezident Co Baydenlə görüşüb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib “Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib