İQTİSADİ
A- A A+

“The Washington Times” Azərbaycanın regionda iqtisadi əhəmiyyətindən yazıb

2016-03-19 09:35:19

Amerikanın “The Washington Times” qəzeti Duqlas Bertonun “Ticarət marşrutu Azərbaycan yəhudiləri icmasını diqqət mərkəzinə gətirdi” sərlövhəli məqaləsini dərc edib

 Məqalədə Avrasiyadan keçən qədim ticarət marşrutlarının bərpası nəticəsində qlobal iqtisadi iyerarxiyada Azərbaycanın vacibliyinin artmasından, habelə Azərbaycan yəhudilərinin kiçik icmasının əhəmiyyətindən danışılır. Müəllif, ABŞ və Azərbaycan arasında yaxın və etimada əsaslanan münasibətlərin vacibliyini vurğulamış Amerika-Yəhudi Komitəsinin başçısı Devid Harrisdən sitat gətirir. Azərbaycan təhlükəsizlik üzrə əməkdaşlıq çərçivəsində İraqda sülhpərvər missiyada iştirak edib və Əfqanıstanda Amerika ordusu üçün tranzit daşımaların təmin olunmasında vacib vəsilədir.

Məqalə müəllifi, həmçinin qeyd edir ki, İsrail və Azərbaycan təhlükəsizlik və energetika sahələrində əməkdaşlıq edir. İsrail Azərbaycandan Türkiyə limanı vasitəsilə Aralıq dənizinə nəql edilən neft və qazın əsas alıcılarından biridir. D.Berton sonra 6 min 500 dağ yəhudisinin və bir neçə yəhudi sinaqoqunun fəaliyyət göstərdiyi Qırmızı Qəsəbə haqqında yazır. Azərbaycanın dağ yəhudiləri Qafqazdan və Orta Asiyadan keçən, vaxtilə Böyük İpək Yolu üzərində mövcud olan qədim icmalardandır. Yəhudilərin çoxu 1948-ci ildə İsrailə emiqrasiya etsələr də, kiçik icmalar Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda və İranda yaşamaqda davam edir.

Müəllif Milli Məclisin deputatı Yevda Abramovdan sitat gətirərək yazır ki, Azərbaycan rəhbərliyi təkcə yəhudilər üçün deyil, həm də Azərbaycanda mövcud olan bütün 22 etnik azlıq üçün tolerant cəmiyyət yaradır.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 1072

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...