SİYASƏT
A- A A+

Ermənistanın əsl məqsədi müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirməkdir

2016-03-18 09:20:46

Ermənistanın əsl məqsədi müxtəlif təxribatçı əməllərlə danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək və Azərbaycan ərazilərini ilhaq etməkdir

 İnsidentlərin araşdırılması kimi texniki məsələnin qəsdən gündəmə gətirilməsi Ermənistanın münaqişənin həllindən diqqəti yayındırmaq cəhdlərindən biridir.

Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə Almaniyanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda prioritetləri, Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir insidentlərin araşdırılması kimi texniki məsələnin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib hissəsi olaraq nəzərdən keçirilə biləcəyini deyib.

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun bütün üzvlərinin münaqişənin həllinə töhfə verməsinin və tam tərkibdə Minsk qrupunun toplantılarının keçirilməsinin zəruri olduğunu vurğulayıb.

Nazir bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən ilk növbədə Ermənistan qoşunları işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı, işğal və təcavüz faktına son qoyulmalı, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir.

Günter Baxler hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında məlumat verib, regional sülh və sabitlik üçün təhlükə olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.

 Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 706

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...