CƏMİYYƏT
A- A A+

İtaliyalı jurnalist Ermənistanın kriminal hərbi diktatura rejimini ifşa edib

2016-03-17 23:15:18

İtaliyanın “L’Opinione” qəzetinin saytında Ermənistandakı kriminal hərbi diktatura rejiminin ifşa olunduğu məqalə yayılıb

 “Ermənistan və sülh fəalı George Vanyanın həyatına təhlükə” sərlövhəli məqalədə qeyd edilir ki, Ermənistan Avropa dəyərlərini bölüşmək əvəzinə, ölkədəki təhdid və təzyiq faktlarını gizlətməyə çalışır. Ermənistanda fundamental demokratik prinsiplərin, insan haqlarının müdafiəsi və ifadə azadlığı kimi dəyərlərin kobudcasına pozulduğunu erməni fəal G.Vanyanın fəaliyyəti kontekstində təhlil edən italiyalı jurnalist bu ölkədə aqressiv və dözümsüz mühitin mövcudluğunu vurğulayır.

Yazıda Ermənistan və Azərbaycan cəmiyyətləri arasında dialoq və sülh üçün müxtəlif təşəbbüsləri və layihələri reallaşdırmaq məqsədilə yaradılmış Qafqazda Sülh Təşəbbüsü Mərkəzinin fəaliyyətinə toxunulur. Diqqətə çatdırılır ki, qurumun prezidenti G.Vanyan son zamanlar Qərb mediasının diqqət mərkəzindədir. Onun bu sülhpərvər fəaliyyəti Ermənistan hökumətinin dəstəklədiyi ifrat milliyyətçi qruplaşmalar tərəfindən heç də müsbət qarşılanmayıb. Hətta həmin qruplaşmalar onu ölümlə belə hədələyirlər. Təqib və təhdidlərdən xilas olmaq üçün o, Almaniyanın Siyasi Motivlərə görə Təqib Olunan Şəxslərə Dəstək Fondunun bir illik siyasi sığınacaq təklifini qəbul edib. G.Vanyan 2012-ci ildə İngiltərə, ABŞ, Almaniya təşkilatlarının dəstəyi ilə keçirilməsi nəzərdə tutulan sülh festivalının əsas təşkilatçılarından biri idi. Lakin erməni milliyyətçilərinin təhdid və əks-təbliğatı nəticəsində tədbir təxirə salınıb.

Müəllif yazır ki, 2007-ci ildə G.Vanyanın rəhbərlik etdiyi təşkilat Yerevandakı məktəblərdən birində “Azərbaycan günləri” adlı mədəni tədbirin keçirilməsini planlaşdırırdı. İndiyədək Ermənistanda analoqu olmayan belə bir tədbirin keçirilməsinə Azərbaycana qarşı nifrət siyasəti həyata keçirən Ermənistanın milliyyətçi dairələri əngəl törədiblər. Uzun müddət ölüm təhdidlərinə məruz qalan G.Vanyanın sülhpərvər fikirlərini pisləyən Ermənistan mətbuatı onun fəaliyyətinə “xəyanətkar” damğası vurub. G.Vanyanın Azərbaycan mətbu orqanlarına verdiyi müsahibələr təxribat fəaliyyəti kimi qiymətləndirilib.

Yazıda qeyd olunur ki, G.Vanyanın Xocalı soyqırımına dair mövqeyi erməni tərəfinin böyük narazılığına səbəb olub. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək 600-dan çox mülki şəxsi qətlə yetirməsi və Xocalıda törədilmiş digər dəhşətlərlə bağlı həqiqətləri söylədiyi üçün ermənilərin G.Vanyana qarşı dözülməz münasibəti daha da kəskinləşib. Xocalı soyqırımını insanlıq əleyhinə cinayət kimi qiymətləndirən G.Vanyan bir gün cinayətkarların qanun qarşısında cavab verməli olacaqlarına ümid bəslədiyini bildirib. O deyib: “Ermənistanda Xocalı haqqında danışmaq qəti qadağandır. Lakin ictimaiyyətə açıq müzakirələr aparmaq imkanı verilməlidir. Seminarlar təşkil etmək əvəzinə, sadə vətəndaşların toplaşdığı məkanlarda müzakirələr aparmaq daha səmərəli nəticələr verə bilər. Lakin təəssüflər olsun ki, Ermənistanın rəsmi dairələri bu cür təşəbbüslərə isti yanaşmır”.

 Məqalədə qeyd olunur ki, ötən ilin martında Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Müjniyeks Ermənistanda insan haqlarına dair hesabatında maraqlı məqamlara toxunaraq deyib: “Ermənistanda prokurorluq orqanlarının qərəzlilik və bütün sistemə dominantlıq etmək kimi problemi var. Bu ölkənin məhkəmə sistemində ədalətli yanaşma kontekstində müdafiə hüququnun gücləndirilməsinə ehtiyac var. Bəraət hallarının statistikası Ermənistanda təqribən 3 faizdir ki, bu da çox aşağı göstəricidir. Prokuror və hakimlər arasında sıx əlaqələr var və çox vaxt prokuror hakim rolunu ifa edir. Ümumiyyətlə, bu ölkənin ədalət sistemində müdafiənin yeri çox zəifdir”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1092

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...