QHT və MEDİA
A- A A+

QHT-lərin xarici əlaqələri müzakirə edilib

2016-03-17 20:05:13

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib

Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği üçün 2013-cü ildən etibarən xarici QHT-lərin çoxsaylı layihələrini maliyələşdirdiyini deyib. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının artan rolunun əhəmiyyətini vurğulayan Azay Quliyev ölkə QHT-lərinin beynəlxalq platformalarda fəaliyyətlərini gücləndirmələrinin vacibliyini qeyd edib. 
Prezident Adminstrasiyası xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibəyli bu günki görüşün milli QHT-lərin xarici tərəfdaşları ilə münasibətlərini, resurslarını və ideyalarını müzakirə etmək məqsədi daşıdığını bildirib. Ərəstü Həbibbəyli müasir dünyada beyin mərkəzlərinin, QHT-lərin “yumşaq güc”ün əsas elementlərindən biri olduğunu və bu imkandan səmərəli istifadə etmənin dövlətimizin qarşısında dayanan vəzifələrdən biri olduğunu deyib.
QHT rəhbərləri Faiq İsmayılov,Umud Mirzəyev, Asif Əsgərli, Nazim Əhmədli, Azər Həsrət, Araz Aslanlı, Sevil Yusifova, Şəhla Nağıyeva,Nərgiz Xələf, İsmayil Agayev, Mirhəsən Seyidov, Rauf Zeyni və  digərləri xarici QHT-lərlə əlaqələri və üzv olduqları koalisiyalardakı fəaliyyətləri haqqında danışıblar. 
Görüşün sonunda QHT rəhbərlərinin səsləndirdiyi təkliflərin ümumiləşdiriləcəyi və xarici QHT-lərlə əməkdaşlıq təcrübəsinə malik milli QHT-lərin platformasının yaradılacağı qeyd edilib.

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 721

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...