2022-03-06 13:45:25 | MƏDƏNİYYƏT
Yapon mediası Azərbaycanın mətbəx mədəniyyətindən yazıb

Martın 5-də Yaponiyanın çoxtirajlı “The Asahi Shimbun” qəzeti Azərbaycan plovu haqda xüsusi məqalə yayıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, “İpək yolu boyunca məşhur olan plovun Azərbaycanda hazırlanması” sərlövhəli məqalənin müəllifi Yaponiyanın tanınmış kulinarı xanım Kyoko Oqinodur. Bütün dünyada geniş yayılmış koronavirus pandemiyası səbəbindən insanların əksəriyyətinin evdə qalmağa məcbur olduğunu vurğulayan K.Oqino bu zaman evdə hazırlanmış yeməklərə böyük ehtiyac yarandığını qeyd edir. Bildirir ki, qida məhsulu kimi məşhur olan düyü yalnız yaponların deyil, həm də “İpək yolu” boyunca bir çox xalqların sevimli yeməyidir. Bunu həm Azərbaycanda, həm İranda, həm də Özbəkistanda çox məşhur olan plov növləri də təsdiq edir. Bir vaxtlar bu yemək növünün 600-dək növü olduğunu qeyd edən müəllif hazırda yalnız 100-dək növünün qaldığını bildirir.

K.Oqino ilk dəfə 1987-ci ildə Azərbaycan paytaxtı Bakıya səfəri zamanı restoranların birində plovu daddığını və aşpazdan onun hazırlanması qaydasını izah etməyi xahiş etdiyini xatırladır. Bildirir ki, azərbaycanlılar yemək hazırlanması zamanı əsasən buğdadan istifadə etsələr də, düyü də onların mətbəxində xüsusi yer tutur.

Qeyd edir ki, plovun növləri onun hazırlanması zamanı düyü ilə yanaşı, istifadə edilən inqrediyentlərdən asılıdır. Bu zaman müxtəlif göyərtilərdən, quru meyvələrdən, qoyun və toyuq ətindən, çərəzdən, zəfərandan, balqabaqdan, limondan və digər məhsullardan istifadə edilə bilər. Bildirir ki, hətta bir dəfə sardina balığı ilə hazırlanan plovun da dadına baxmaq ona nəsib olub. Vurğulayır ki, plovun hazırlanması zamanı hansı inqrediyentlərdən istifadə edilməsindən asılı olmayaraq ekzotik balans saxlanılarsa, siz mükəmməl bir tamın şahidi olacaqsınız.

Bakının “Karvan saray” restoranında yediyi plovun xüsusi tamı ilə onu heyran etdiyini qeyd edən müəllif buranın “İpək yolu”nda yerləşən ən qədim yeməkxanalardan biri olduğunu bildirir. Bu restoranın menyusunun isə onu zənginliyi ilə təəccübləndirdiyini vurğulayır.

Plovun çox qədim yemək növlərindən biri olduğunu qeyd edən K.Oqino hətta eramızdan əvvəl 330-cu ildə Makedoniyalı İsgəndər Səmərqəndi işğal etdikdən sonra onun şərəfinə verilən ziyafət zamanı süfrədə bişmiş düyüdən hazırlanmış yeməyin olması barədə faktları xatırladır.

Yazıda müəllif İranda, Özbəkistanda və Rusiyada da müxtəlif plov növləri ilə qarşılaşdığı barədə ətraflı bəhs edir. Qeyd edir ki, harada hazırlanmasından asılı olmayaraq plov yerli xalqların ən sevimli yemək növüdür.

Baxış sayı : 658
Prezident Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub 2023-05-27 21:35:20 Laçının Qorçu qəsəbəsinin təməli qoyulub 2023-05-27 21:35:32 Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib 2023-05-27 21:30:13 Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub 2023-05-27 21:35:54 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55