2022-03-03 09:05:29 | MƏDƏNİYYƏT
Şuşada “Məclisi - fəramuşan” poeziya məclisi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, hər iki ölkənin Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin də dəstək göstərəcəyi şeir məclisinin əsas məqsədi hər iki xalqın klassiklərini dərindən öyrənmək, şeirlər söyləmək, istedadı olan gənc şairləri üzə çıxarmaq, poeziyanın aktual məsələlərinə dair fikir mübadiləsi aparmaq, Türk dünyası şairləri arasında ədəbi əlaqələri genişləndirməkdir.

Şairlər məclisi cari ilin mart ayından başlayaraq dekabr ayına qədər davam edəcək. Məclis ayda bir dəfə olmaqla onlayn (Zoom proqramı) formada keçiriləcək. Avqust ayında məclis Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsi və Xurşidbanu Natəvan Sarayının qarşısında təşkil olunacaq və Azərbaycan televiziyasında yayımlanacaq.

Hər iki ölkənin gənc şairlərinin qoşulacağı məclisdə iştirak üçün namizəd bu günə qədər şairlik fəaliyyətinə malik olmalı, ya da onun hər hansı şeiri mütləq şəkildə ölkə mətbuatında yayımlanmalıdır. Tədbirə cari ilin noyabr ayında yekun vurulacaq və Məclisdə səsləndiriləcək şeirlər toplu halında Azərbaycan və Özbək dillərinə tərcümə olunaraq nəşr ediləcək.

Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin rolu böyük olub. Bu məclislər zaman-zaman müxtəlif şəhərlərdə fəaliyyət göstərib və bir çox şairlərin tanınmasında xüsusi rol oynayıb. 1872-ci ildə Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda, tarixi Şuşa şəhərində tanınmış şair, ədəbiyyatşünas alim Mir Möhsün Nəvvabın evində təşkil edilən “Məclisi-fəramuşan” şairlər məclisi 1910-cu ilədək fəaliyyət göstərib və dövrün tanınmış şairləri M. Nəvvab, X. Natəvan, H. Qaradaği, F. Kəminə, A. Asi, B. Səbur, B.Fədai, habelə Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak ediblər.

Azərbaycan Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin davamı olaraq keçirilən “Məclisi-fəramuşan” şairlər məclisində iştirakçıların yaş həddi 16-40 olaraq müəyyənləşdirilib.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, ilk dəfə olaraq bərpa olunan tarixi və mədəni əhəmiyyət daşıyan “Məclisi-fəramuşan” poeziya məclisinə hər iki ölkənin gənc şairləri qoşulacaqlar.

Məclisdə iştirak etmək istəyən şairlər elan olunmuş mövzu üzrə şeiri ana dilində yazmalı, məclisdə oxumalıdır. Hər iştirakçı tərəfindən yalnız bir şeir məclisə təqdim edilə bilər və mətnin həcmi maksimum iki A4 formatından çox olmamalıdır. Əsər təqdim olunarkən kompüterdə (Arial şrifti, 12 ölçüsü işlənməlidir) yığılmalıdır.

Şeir ərizəçinin orijinal əsəri olmalı, əsas mövzu milli mənəvi dəyərlər, Vətənə, insana sevgi, humanizm, əxlaqi-tərbiyəvi məzmun daşıyan əsərlərə xüsusi önəm veriləcək.

Şeir Məclisə təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, təhsil aldığı müəssisənin adını, bölməsini, sinifni, şəxsi telefon nömrəsi və elektron poçt ünvanını) daxil etməlidir. Məclisdə iştirak üçün şeirlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) təqdim olunmalıdır.

Münsiflər heyətinə hər iki ölkənin Yazıçılar Birliyinin nümayəndəsi, aidiyyatı yaradıcılıq təşkilatları, şairləri daxil edilib.

Hər ay keçiriləcək şairlər məclisində iki ölkənin fəal şairləri üç ayın nəticəsinə əsasən seçiləcək və fərqlənən şairlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin pul mükafatı, Fəxri diplom, Şuşa şəhərinə iki günlük səfər və həvəsləndirici hədiyyələrlə təltif olunacaqlar.

Baxış sayı : 250
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb