TƏDQİQATLAR
A- A A+

Polşa ordusunun azərbaycanlı polkovniki Vəli bəy Yadigara həsr olunan film

2016-03-16 09:15:15

Təqdimat

Polşanın paytaxtı Varşava şəhərində yerləşən İstiqlaliyyət Muzeyinin Apoloniya kino zalında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Salnamə” kinostudiyası tərəfindən hazırlanmış “Polkovnik” sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, filmin nümayişindən əvvəl İstiqlaliyyət Muzeyinin direktor müavini xanım Yolanda Dombek çıxışında iştirakçılara Vəli bəy Yadigar haqqında məlumat verib. Bildirilib ki, Polşa ordusunda qısa müddət ərzində öz bacarığı və biliyinə görə yüksək rütbə sahibi olmuş Vəli bəy Yadigarın həyatı maraqlı hadisələrlə zəngindir.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov çıxışında səfirlik tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. O, səfirlik tərəfindən müxtəlif seriyalarda polyak dilində 38 adda kitabın nəşr edildiyini və “Təşəkkür hissi” ilə xatırlayırıq layihəsi çərçivəsində 14 abidənin qurulduğunu diqqətə çatdırıb. Səfir “Vəli bəy Yadigar, azərbaycanlı, Polşa ordusunun polkovniki” kitabının aparılmış araşdırma nəticəsində toplanılan böyük sayda arxiv materialları əsasında nəşr olunmasının və “Polkovnik” sənədli filminin çəkilməsinin mühacir həyatı yaşamış azərbaycanlı zabitin keçdiyi həyat yolunu daha da aydınlaşdırdığını qeyd edib.

7-ci Süvari Polku Muzeyinin direktoru Leşek Çeley çıxışında Vəli bəy Yadigarın Polşa hərbi tarixində unudulmaz iz buraxdığını diqqətə çatdırıb. Onun müəllifi olduğu bir sıra kitab və məqalələrin tarixçilər üçün dəyərli məlumat mənbəyi olduğu qeyd edilib. Leşek Çeley 7-ci Süvari Polku Muzeyində polkovnik Vəli Bəy Yadigara aid bir çox əşyaların yer aldığını və 2016-cı ildə ona aid yeni əşyaların muzey tərəfindən şəxsi kolleksionerlərdən alındığını bildirib.

Polkovnik Zıgmunt Qebetner və Yuzef Adamçık iştirakçılara Vəli bəy Yadigarla bağlı maraqlı xatirələrini danışıblar. Vəli bəy Yadigarın xatirəsinin yaşadılmasının Azərbaycan və Polşa üçün vacib olduğu qeyd edilib.

Rejissor Tahir Əliyev çıxışında “Polkovnik” filminə ilk ictimai baxışın dünya kinematoqrafiyasının mərkəzlərindən biri olan Varşava şəhərində keçirilməsinin sevindirici olduğunu vurğulayıb. O, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, “Salnamə” kinostudiyasına və Azərbaycanın Polşadakı səfirliyinə filmin ərsəyə gəlməsində verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

“Polkovnik” filminin təqdimatında Polşa Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mazovetsk Vilayəti, Milli Yaddaş İnstitutu, Polşa Ordusu Muzeyi, Milli Müdafiə Akademiyası, 7-ci Süvari Polku Muzeyinin nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak ediblər. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda “Polkovnik” filminin rejissoru Tahir Əliyev səfirlik tərəfindən təsis edilmiş Azərbaycan-Polşa diplomatik əlaqələrinin 540 və bərpasının 20 illiyinə həsr olunan xatirə medalı ilə təltif edilib.

Polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edən filmin ideya müəllifi Həsən Həsənov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 724

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...