SİYASƏT
A- A A+

Qızıl Xaç Kəlbəcər girovlarına baş çəkdi

2016-03-15 09:40:11

Dilqəm və Şahbazdan ailələrinə məlumat gətirilib

Dilqəm Əsgərov və Şahbaz Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, girovlara mart ayının 10-da baş çəkilib. 

Şuşa həbsxanasında saxlanılan azərbaycanlılara ailələrindən məlumatlar çatdırılıb, onlardan da ailələri üçün məlumat alınıb. 

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını, yaxınlarının məzarlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Ötən il Dağlıq Qarabağ separatçı rejimində D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə dəfə əfv barədə Dilqəm Əsgərova müraciət olunsa da həmyerlimiz bundan imtina edib və belə bir arzusunun olmadığını bildirib. 

Həsən Həsənov - ermənilər tərəfindən öldürülən azərbaycanlı

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara sonuncu dəfə fevralın 3-də baş çəkiblər.  Komitə nümayəndələri Şahbaz Quliyev ilə bərabər  Dilqəm Əsgərova da məktub gətirmişdilər.

Ş.Quliyevin bacısı İradə Quliyeva ANS PRESS-ə açıqlamasında qardaşının məktubda vəziyyətinin yaxşı olduğunu yazdığını bildirib. "Məktubda yazıb ki, hər şey yaxşıdır. Məndən narahat olmayın. Heç nə göndərməyin. Anam üçün çox darıxmışam”, - deyə bacısı əlavə edib.

İradə Quliyevanın sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri  ona qardaşının şəklini göstəriblər. “Məhkəmədə necə idisə, indi də elə o vəziyyətdədir.  Nə arıqlayıb, nə də kökəlib. Mən də Şahbaza öz şəkillərimizi göndərmişəm. 3-4 cümləlik bir məktubdur. Qızı ilə də məktublaşır”, - deyə İradə Quliyeva bildirdi. 

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1001

QHT və MEDİA

2020-01-26 00:15:42

QHT və MEDİA
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...
Deputatlığa namizəd, “Qarabağa gedirəm, ...

“Qarabağa gedirəm, Qarabağda bizı gözləyən torpağlarımızı azad etmək üçün ge...

2020-01-24 09:25:21

QHT və MEDİA
Fuad Ələsgərov: “İslahatlara şərait yara...
Fuad Ələsgərov: “İslahatlara şərait yara...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi olaraq qeyd...

CƏMİYYƏT

2020-01-22 19:15:04

CƏMİYYƏT
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRO...

Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarında həyata keçirdiyi ekoloji te...

2020-01-20 14:20:48

CƏMİYYƏT
Cənub həsrətinə, milli tariximizə öz şei...
Cənub həsrətinə, milli tariximizə öz şei...

Şair-publisist Əvəz Müəllim (Hacıyev) Azərbaycan Pedaqoji Universitetinin riy...

İQTİSADİ

2020-01-22 11:45:45

İQTİSADİ
Vüsal Qasımlı: Azərbaycan Davos platform...
Vüsal Qasımlı: Azərbaycan Davos platform...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun...

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...