2022-02-16 09:25:06 | MƏDƏNİYYƏT
İtaliya KİV-ləri işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrimiz haqqında məqalə yayımlayıb

İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələrin Azərbaycan irsinə aid olduğu ilə bağlı yazılar dərc edib.

“Notizie Geopolitiche”, “Kmetro0”, “Giornale Diplomatico”, “Agenzia Nova”, “Eurasia News”, “Insideover” saytlarında dərc olunan yazılarda Azərbaycan Alban-udi xristian dini icmasının azad olunmuş ərazilərdəki alban məbədləri ilə bağlı bəyanat yaydığı, dini icmanın həmin ərazilərdə son bir ildə tarixi-dini abidələrin, o cümlədən xristian alban irsinə aid məbədlərin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirləri yüksək qiymətləndirərək dəstəklədiyi vurğulanır. Bildirilir ki, Alban-udi xristian dini icması Azərbaycan dövlətinin iradəsi və əzmi sayəsində bu prosesin mümkün qədər qısa vaxtda uğurla başa çatacağına inanır.

Həmçinin yazılarda Azərbaycanın Mədəniyyət Nazirliyinin bəzi qərəzli xarici kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumatlarla bağlı yaydığı açıqlamada Azərbaycanın tarixi-mədəni irsinə onun dini-etnik mənşəyindən asılı olmayaraq hər zaman hörmətlə yanaşdığı vurğulanır. Bildirilir ki, bu yanaşma, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni irsə münasibətdə də sərgilənir. Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə bəyan edilib ki, işğaldan azad olunmuş ərazilərdəki tarixi-dini abidələr Azərbaycan irsinə aiddir və onların qorunması Azərbaycan dövlətinin öhdəliyidir. Buna əyani sübut olaraq, Şuşada başlamış genişmiqyaslı bərpa-quruculuq prosesində məscidlərlə yanaşı, iki xristian kilsəsini də göstərmək olar.

Azərbaycan Ermənistandan fərqli olaraq, tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir və silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası da daxil olmaqla, beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə sadiqdir. Mədəniyyət Nazirliyi tərəfindən hazırda işğaldan azad edilmiş ərazilərdə müvafiq monitorinq aparılır. İşğaldan azad edilmiş ərazilərdə qədim Alban irsinin tədqiqi ilə bağlı işçi qrup təsis olunub. İşçi qrupa həm yerli, həm də xarici ekspertlər cəlb olunub və yerində təhlükəsizlik vəziyyəti imkan verəcəyi təqdirdə, işçi qrupun üzvləri bu xristian irsinin monitorinqini həyata keçirib onu tədqiq edəcəklər. Saxtakarlıq aşkar ediləcəyi təqdirdə, beynəlxalq ekspertlərin iştirakı ilə bu pozuntular sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Xatırlatmaq istərdik ki, tarixi-mədəni irs üzərində dəyişikliklər edilməsi və onun mənşəyinin dəyişdirilməsi 1954-cü il Haaqa Konvensiyasının müddəalarına ziddir.

Bundan başqa, yazılarda Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın fikirlərinə istinad olunaraq bildirilir ki, Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir. Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib. Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik nümunəsidir.

Baxış sayı : 550
Prezident İlham Əliyev Laçın rayonunda “Qorçu” yarımstansiyasının açılışında iştirak edib 2023-05-27 21:30:13 Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub 2023-05-27 21:35:54 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55 Moskvada üçtərəfli görüş başa çatıb 2023-05-26 07:00:39 VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb 2023-05-25 21:20:21