MÜSAHİBƏ
A- A A+

Toğrul Məmmədli: “Azərbaycan terror dəhşətinin nə qədər ağır olduğunu yaxşı bilir”

2016-03-15 09:20:20

“Son 5 ayda Türkiyənin paytaxtı Ankarada törədilən ardıcıl terror aktlarını qətiyyətlə pisləyirik. Terror əməliyyatları heç bir halda təsir və ya əks-təsir metodu kimi istifadə olunmamalıdır”

Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti Toğrul Məmmədli deyib.

Ekspert bildirib ki, dünən Ankarada törədilmiş terror aktı bir daha bütün dünyanın bu təhlükədən sığortalanmadığını sübut etdi: “Azərbaycan tərəfi qardaş Türkiyədə baş vermiş  insanlığa qarşı bu cinayətə biganə qala bilməzdi. Elə məhz bu səbəbdən cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış ilk siyasətçilərdən oldu”.

Onun sözlərinə görə tarixən ermənilər tərəfindən törədilmiş terror əməliyyatlarından əziyyət çəkmiş Azərbaycan terror dəhşətinin nə qədər ağır olduğunu çox yaxşı  bilir: “Buna görə də xalqımız terrorun bütün növünü pisləyir və bu dəhşətli hadisənin kədərini Türkiyə xalqı ilə birlikdə bölüşür. Bu gün bəzi dünya siyasətçiləri terrorun bu və ya digər formasını qeyri-rəsmi olaraq dəstəkləyir, bu kimi amansız cinayətlərə göz yumurlar. 1992-ci ilin fevralın 26-da faktiki hal-hazırda Ermənistanın Prezidenti olan şəxs - Serj Sarkisyan Xocalıya hücüm zamanı baş verən soyqırımı, insanlıq əleyhinə cinayət və hərbi terrora rəhbərlik edib”.(sia) 
Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankara şəhərinin mərkəzində törədilmiş terror aktı nəticəsində 34 nəfər həlak olub, 125-dən çox insan isə yaralanıb. Bu son bir ayda Ankarada törədilmiş 2-ci böyük terror aktıdır.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1009

QHT və MEDİA

2019-11-18 08:10:19

QHT və MEDİA
Ankarada Xocalı soyqırımı parkı və abidə...
Ankarada Xocalı soyqırımı parkı və abidə...

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TM...

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...