2022-02-15 09:50:21 | MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşa xalçalarına həsr olunub

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.

Nazirlikdən bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa xalça qrupuna həsr olunub.

Qədim zamanlardan Azərbaycanın əlverişli iqlim şəraiti burada xalçaçılığın inkişafına təkan verib. Arxeoloji tapıntılar və tarixi yazılı abidələr göstərir ki, Azərbaycan ərazisində eramızdan əvvəl II minillikdə insanlar xalça və xalça məmulatı toxuyaraq öz zərifliyi, gözəlliyi ilə seçilən müxtəlif əşyalar hazırlayıblar.

Azərbaycan xalçaları arasında Qarabağ xalçaları xüsusi yer tutur. Bu xalçalar öz mükəmməl toxunuşu, iri ölçüləri, rəngarəng çalarları ilə həmişə seçilib. Rəng palitrası isə Qarabağın təbii coğrafi şəraiti, gözəl mənzərələri, bağları, meşələri və yaşıl çəmənlərindən gələn şux (qırmızı, sarı), parlaq və kontrast rənglərdən ibarətdir.

Qarabağ tipinə Şuşa, Qarabağ və Cəbrayıl xalça qrupları aiddir. Şuşa qrupuna aid “Malıbəyli”, “Ləmpə”, “Bağçada güllər”, “Bulud”, “Saxsıda güllər” və “Nəlbəki gül” xalçaları hündür xovu, əlvan, şux koloriti, çox nazik, incə toxunuşu ilə seçilir.

Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və iri malikanələrin bəzədilməsi üçün böyük ölçülü xalılar toxunub. Buna nümunə olaraq, üç-beş hissədən ibarət dəst xalı-gəbələri misal çəkmək olar. Bu dəstlərin toxunmasında, əsasən, “Ləmpə”, “Qoca”, “Balıq”, “Buynuz”, “Açma-yumma”, “Bulud” kimi geniş yayılmış çeşnilərdən istifadə edilib.

“Bulud”, “Bağçada güllər” və “Saxsıda güllər” adlı məşhur Şuşa xalçalarının toxunmasına Azərbaycan-Rusiya arasında mədəni-iqtisadi əlaqələrin yaranmasından sonra başlanılıb. XIX əsrin ikinci yarısından etibarən Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar gətirilirdi. Şuşa sənətkarları həmin məmulatların üzərindəki təsvirlərdən ilham alaraq bu cür xalçalar toxuyurdular.

Baxış sayı : 317
“Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalibləri Fərid Şəfiyev: Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır Erməni ambisiyası Ermənistanın məhv olmasının başlıca amilidir Mövlud Çavuşoğlu: "Regional əməkdaşlığı daha da inkişaf etdirəcəyik” “Laçın şəhəri Azərbaycana qaytarılacaq” - PAŞİNYAN Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib Kəlbəcərdə İstisu sanatoriyasının təməli qoyulub “İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq” General-polkovnik Zakir Həsənov: İldönümü geriyə baxış, görülən işlərin təhlili və gələcək planların dəqiqləşdirilməsidir Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, su istehsalı zavodunun təməlini qoyub Qənirə Paşayeva: Ulu öndər Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, həmçinin qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır Ukrayna müharibəsi soyqırımı kimi tanınacaq Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib Vətən müharibəsində fərqlənən hərbi qulluqçular təltif ediliblər Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edilib "Şuşa söhbətləri"nin ikinci görüşü baş tutub Azərbaycanın ABŞ-dakı səfiri Prezident Co Baydenlə görüşüb Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib “Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq İki ölkə arasında qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə və yol xəritəsi var ABŞ NATO sammitində Avropanın təhlükəsizliyi ilə bağlı yeni addımları açıqlayacaq Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyi təsdiqlənib Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib